Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdi

Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdiBizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var.

"Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik"

Bu sözləri Xalq artisti Xuraman Qasımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı çıxışında deyib.

BiG.AZ Xalq artistinin çıxışının tam mətnini sizə təqdim edir:

"Cənab Prezident, çox üzr istəyirəm, mən özüm çıxış etmək istədim. Çünki mən bilirəm, möhtərəm Prezidentimiz, sevimli Mehriban xanım, burada əyləşən insanların ürəyi o qədər doludur, hər kəs Sizin olduğunuz məclisdə iki kəlmə də olsa çıxış etmək istəyir. Çünki Siz bizim hər birimiz üçün o qədər gözəl işlər görmüsünüz, daşıdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar.

Amma mənim çoxdankı arzum var. Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla - "İstiqlal" ordeni ilə təltif etdiniz. Cənab Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Biz çox fəxr edirik, çünki Sizin ailəniz, başda Ulu Öndərimiz olmaqla bizim ailəmizin həyatında böyük rol oynamısınız. Biz bunu heç zaman unutmuruq.

Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var. Dinlədiyinizə görə çox sağ olun".

Xəbərlər     Baxılıb: 1821   Tarix: 02 mart 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yay kolleksiyasi sade makiyaj sekilleri toy makiyaji sekilleri sarimsagin xeyri erotik geyim hicab baglama usullari badimcan murebbesi hazirlanmasi kosmetika google cantalar hakiwda uzeyir vetene aid atalar sozleri