Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə...

Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə...Hər birimizin bildiyinə görə, gözəllik qurban tələb edir. Gözəl bədən quruluşu, hamar və təmiz dəri, gözəl saçlar və s. kimi tələbləri əldə etmək üçün uzunmüddətli idman və fitness, epilyasya, müxtəlif ağrılı prosedurlar, saçların boyanaraq korlanması, yandırılmasına şahid oluruq.
Lakin bu gün sizə çox qədim zamanlardan istifadə edilən, hər birimizin ana və nənələrimizdən eşitdiyimiz, ən əsası isə qətiyyən zərərsiz və hətta çox xeyirli tərkibə malik olan xına haqda danışacayıq.
Xına nədir?
Beləliklə, xına( ərəb dilində hənna) - ərəb ölkələrində bitən kolluqların yarpaqlarından əldə olunan qırmızı-sarı boyadır. Ərəblər bu boyanı artıq bir neçə əsrlərdir ki, nəinki saçların boyanması üçün, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər. Xınanın tərkibində aşı maddələr(qoruyucu maddə) vardır ki, onlar, saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir, kəpəyi aradan qaldırır, kövrək və zədələnmiş saçları qidalandırır. Həmçinin isbat olunmuşdur ki, xına, piy vəzilərinin işini normallaşdırır və saçların tökülməsini dayandırır.
Xınanın növləri.
Satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik.
Rəngsiz xına - emal zamanı piqmenti yox olan xına yarpaqlarının ekstraktıdır. Bu növ xınanı əsasən müalicəvi məqsədlə istifadə edilməsi məsləhət görülür. Rəngsiz xına, saçının rəngini dəyişmək istəməyən, yalnız saçlarının müalicə və qulluğa ehtiyacı olan xanımlar üçün ideal vasitədir.
Hal hazırda satıçda ağ xına da görmək olar. Bu xına növü - saçları 5-6 rəng tonu aça biləcək adi boya vasitəsidir. Nəzərinizə çatdırırıq ki, bu xınanın, iran xınası ilə heç bir əlaqəsi olmayıb, heç bir müalicəvi xüsusiyyətə malik olmamaqla bərabər, hər bir kimyəvi boya kimi saç strukturunun korlanmasına səbəb olan bir vasitədir.
Kosmetik bazarda müxtəlif rəng çeşidinə malik - rəngli xına( çəhrayı, tünd qırmızı, göy, bənövşəyi) ağ xına kimi zərəli xüsusiyyətə malikdir. Bu boyaq maddəsinin tərkibində təbii xına olmasına baxmayara, xınana miqdarı boyanın tərkibində olan sisnteik maddələrin miqdarının yanında gözəgörünməzdir.
Nəhayət, ən çox yayılan iran xınası. Bu növ xına saçlarınıza rəng verəcək. Əgər saçlarınızın təbii rəngi açıqdırsa, boyandıqdan sonra rəng qırmızı və hətta narıncı ola bilər. Lakin saçlarınızı kimyəvi vasitələrlə sarı rəngə gətirmisinizsə, o zaman, xına heç bir nəticə verməyə bilər. Buna səbəb xınanın təbii komponentlərinin kimyəvi boyaq maddəsi ilə uyğunsuzluğudur.
Xınanın hər bir saç rəngi üçün gözlənilməz rəng verə biləcəyini artıq bildiyimizə görə, saçlarınıza xına qoymazdan əvvəl, test olaraq bir saç telinizə sürtün əldə olunan nəticəni gördükdən sonra başlayın.
Həmçinin unutmayın ki, xınanı heç bir kimyəvi boyaq vasitəsi ilə açmaq mümkün deyil. Yalnız boyanmış saçların uzanmasını gözləmək lazım olacaq.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 4699   Tarix: 14 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri