Xumara ad günündə sürpriz - VİDEO
Bu gün əməkdar artist Xumar Qədimovanın doğum günüdür.
Axşam.az xəbər verir ki, sevilən sənətçiyə dostları gecəyarısı ad günü sürprizi ediblər.
O, "Ad günün mübarək" musiqisinin sədaları altında məkana daxil olub. Rəqs edən sənətçi daha sonra onun üçün hazırlanmış tortu üfürüb.
Azərbaycan səhnəsində özünəməxsus yeri olan Xumar Qədimova bir çox nəğmə və kompozisiyanın müəllifidir.
Yenə ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın
- deyən əməkdar artist hər zaman duyğularını dinləyicilərinə nəğmələriylə çatdırıb.
Sevənlərimə ən böyük hədiyyəm nəğmələrimdir söyləyir - Bir də gəlməyəcək mənim tək qadın.
Mən nə yaralar aldım heç biri öldürmədi - deyib fəryad edəndə də,
Ey insan, sən fanisən - mesajını söyləyəndə də ümid yeri sevənləri olub.
Biz də Xumar Qədimovanı təbrik edir, ona yaradıcılıq və şəxsi həyatında uğurlar arzulayırıq.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin