Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edir

Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edirYeni elmi araşdırma pendirin beyinə olan təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. 8 minə yaxın insanın iştirak etdiyi tədqiqatda məlum olub ki, həftədə ən az bir dəfə pendir yeyənlərdə demans riski 24 faiz daha aşağıdır.
Milli.Az xəbər verir ki, tədqiqatçılar 3 il ərzində iştirakçıları izləyiblər. Nəticədə pendir yeyənlərin yalnız 3,39 faizində, pendir yeməyənlərin isə 4,45 faizində demans əlamətləri müşahidə olunub.
Elm adamları meyvə, tərəvəz, ət və balıq kimi digər qidalanma vərdişlərini də nəzərə alıblar. Bütün bu faktorlar qiymətləndirildikdə belə, pendirin yaddaşitmə riskini 21 faiz azaltdığı təsdiqlənib.
Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr əvvəlki tədqiqatlarla uyğun gəlir və süd məhsullarının demansın qarşısını almaqda dəstəkləyici rol oynaya biləcəyini göstərir.
Araşdırmada iştirak edənlər arasında ən çox istifadə olunan pendir növü emal olunmuş pendir olub.
Bu cür pendirlər - adətən dilim şəklində paketlənən və ya krem halında sürtülən məhsullar - süd və emulqatorlardan hazırlanır.
Alimlərə görə, pendirin qoruyucu təsiri onun zəngin qida tərkibi ilə bağlıdır.
Pendir tərkibində:
Zülallar,
Əsas amin turşuları,
K2 vitamini,
Antioksidantlar,
Peptidlər və
Probiyotiklər saxlayır.
Bu maddələr neyronları zədələnmədən qoruyur, beyində "sinir hüceyrələrinin baxımı" prosesini dəstəkləyir.
Xüsusilə K2 vitamini, damar sağlamlığını qoruyur və qanda kalsium balansının tənzimlənməsinə kömək edir.
Əvvəlki tədqiqatlar göstərib ki, yüksək xolesterin və ürək-damar xəstəlikləri demans riskini artıra bilər.
2015-ci ildə aparılan bir araşdırmada isə K2 vitamininin qandakı kalsium səviyyəsini azaltdığı və bunun da ürək xəstəlikləri riskini azalda biləcəyi sübut olunub.
Eyni zamanda, antioksidantlar, peptidlər və probiyotiklər də demans riskinin azalması ilə əlaqələndirilir.
Lakin alimlər bildirirlər ki, dəqiq nəticə üçün daha geniş tədqiqatlara ehtiyac var.
Demans hazırda Böyük Britaniyada ən çox ölümə səbəb olan xəstəlik kimi qeydə alınıb.
Hazırda ölkədə 944 mindən çox insan yaddaş itkisi və idrak geriləməsi ilə xarakterizə olunan bu xəstəliklə yaşayır. ABŞ-da isə bu say təxminən 7 milyon nəfərə çatır.
Demans tam müalicə oluna bilməsə də, erkən mərhələdə aparılan müalicə simptomları yüngülləşdirə və xəstəliyin gedişini yavaşlada bilər.
Alzheimer Cəmiyyətinin məlumatına görə, demansın Böyük Britaniyaya illik iqtisadi yükü 42 milyard funt sterlinqdir. Yaşlanan əhali səbəbindən bu rəqəmin 2039-cu ilə qədər 90 milyard funt sterlinqə çatacağı gözlənilir.
Alzheimers Research UK məlumatına əsasən, təkcə 2022-ci ildə 69.178 nəfər demans səbəbilə həyatını itirib. Bu da xəstəliyi ölkənin bir nömrəli ölüm səbəbi halına gətirib.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1244   Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

sade makiyaj sekilleri maskalar yay kolleksiyasi vetene aid bayatilar bitki dərmanları həsrət şəkilləri dogusun baslanmasi kosmetika oglan evi insan rus dilini öyrənək 2 ci dərs bayatılarımızda vətən həsrəti atalar sözləri