Yeni epidemiya təhlükəsi - 5,6 milyard insan risk altındadır

Yeni epidemiya təhlükəsi - 5,6 milyard insan risk altındadırÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan "Çikungunya" virusunun sürətlə yayılması ilə bağlı ölkələri təxirəsalınmaz ehtiyat tədbirləri görməyə çağırıb. Təşkilat virusun 20 il əvvəl Hind okeanı regionunda baş vermiş böyük epidemiyaya bənzər bir təhlükə yaratdığını bildirib.
Milli.Az xəbər verir ki, ÜST-nin texniki zabiti Diana Rojas Alvarez qeyd edib ki, "Çikungunya" virusu hələ geniş şəkildə tanınmasa da, indiyədək 119 ölkədə aşkarlanıb və bu, 5,6 milyard insanı risk altında qoyur. Virus yüksək hərarət və şiddətli oynaq ağrıları ilə müşayiət olunur, bəzi hallarda isə ölümlə nəticələnə bilir.
Alvarez xatırladıb ki, 2004-2005-ci illərdə Hind okeanı adalarında başlayan epidemiyada yüz minlərlə insan yoluxmuşdu. Onun sözlərinə görə oxşar vəziyyət 2025-ci ilin əvvəlindən etibarən yenidən yaranmağa başlayıb. Reunion, Mayotte və Mavrikiy adalarında kütləvi yoluxma qeydə alınıb. Reunion adasında əhalinin təxminən üçdə birinin virusa yoluxduğu bildirilir.
Hazırda virus Afrikanın Madaqaskar, Somali və Keniya kimi ölkələrinə yayılır. Yoluxma Cənubi Asiyada da müşahidə olunur. Üstəlik, Avropa ölkələri də təhlükə ilə üz-üzədir. Fransada artıq yerli ötürülmə təsdiqlənib, İtaliyada isə şübhəli hallar aşkar edilib.
Alvarez bildirib ki, ölüm halları hər nə qədər 1 faizdən az olsa da, virusun milyonlarla insana yoluxması minlərlə insanın həyatına son qoya bilər.
Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus (pələng ağcaqanad) növləri ilə ötürülür. Bu ağcaqanadlar səhər və axşam saatlarında xüsusilə aktivdir. ÜST-nin açıqlamasına görə, iqlim dəyişikliyi bu növlərin şimal bölgələrinə yayılmasına səbəb olur. İmmuniteti zəif olan ərazilərdə virusun əhalinin 75 faizinə qədərini yoluxdura biləcəyi qeyd edilir.
ÜST əhalini ağcaqanad kovuculardan istifadə etməyə, su qablarını boş saxlamağa və ağcaqanadların çoxala biləcəyi mühitləri aradan qaldırmağa çağırıb. Təşkilat bu yolla yayılmanın qarşısını almağın mümkün ola biləcəyini vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 25 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim dəbləri gözəllik məhsulları makiyaj etmek qaydalari infeksiya yay paltarları 2026 gavalının faydaları maraqli el islerinin hazirlanmasi kosmetika atalar sozleri badambura big.az kahfe fali novruz hakistalari