Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETALMüasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir.
Milli.Az xəbər verir ki, mütəxəssislər yuxu pozğunluğuna səbəb olan və çoxumuzun adi hal hesab etdiyi bir detalı açıqlayıblar.
İnsomnia zamanı insan yuxuya getməkdə çətinlik çəkir, gecə boyu tez-tez oyanır və nə qədər yatsa da, səhər özünü gümrah və enerjili hiss etmir. Bu, yuxusuzluğun ən çox rast gəlinən əlamətləridir və uzun müddət davam etdikdə orqanizmdə ciddi fəsadlara yol açır.
Yuxusuzluğun səbəbləri kimi adətən stress, anksiyete (təşviş), depressiya, həddindən artıq kofein və nikotin qəbulunu bilirik. Lakin ən əsas və gizli problem "mavi ekran" faktorudur. Çoxları yatmazdan əvvəl və ya yataqda olarkən elektron cihazlardan (telefon, planşet) istifadə edir. Bu cihazların yaydığı mavi işıq beyinə birbaşa siqnallar göndərərək melatoninin (yuxu hormonu) ifrazını ləngidir və orqanizmə hələ yatmaq vaxtı olmadığını "pıçıldayır".
Həkimlərin məsləhətinə görə, yuxu keyfiyyətini artırmaq üçün yatmazdan ən azı 30 dəqiqə - 1 saat əvvəl telefon və digər elektron cihazlarla əlaqəni kəsmək lazımdır. Eyni zamanda, səhər oyanan kimi ilk iş olaraq telefona baxmaq da yuxu dövriyyəsini pozan əsas faktorlardan biridir. Gözlərinizi açan kimi süni işığa məruz qalmaq beynin təbii oyanma prosesinə mane olur.
Yadda saxlayın ki, sağlam yuxu həm fiziki, həm də psixi sağlamlığın təməlidir. Bu kiçik detala diqqət yetirməklə həyat keyfiyyətinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.
Səkinə Yusifova
Milli.az

Xəbərlər     Baxılıb: 1003   Tarix: 03 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

yay kolleksiyasi adlarin menasi qadin dunyasi hamiləlikdə qidalanma tort reseptleri yemək resepti dolma reseptleri kosmetika ikizler efsaneler qızlıq pərdəsi bir arzum var birlik