Yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitə

Yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitəBitki çaylarının hər biri fərqli və özünəməxsus müalicə xüsusiyyətlərinə malikdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yaşıl çay dişlərin çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, immun sistemini gücləndirir.
Çobanyastığı çayı yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitədir, revmatizm, dəri xəstəlikləri, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Bununla yanaşı, həmin çayın qəbulu stressi azaldır, mədə ağrısının qarşısını alır, əsəbləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır, həmçinin ağıziçi iltihabların müalicəsində də qarqara kimi istifadə olunur.
Razyana çayı həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə süd verən analar üçün həmin çayın qəbulu idealdır, körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayının tərkibində yüksək miqdarda dəmir var. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanları təmizləyir, infeksiyaların müalicəsində köməkçi vasitədir, öskürəyə yaxşı təsir edir. Həmçinin immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Kəklikotunun 350 növü var. Bu çay öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımi minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır, şişkinliyi və stressi azaldır.
Xəstəliklərin müalicəsində köməkçi vasitə olaraq istifadə edilən bitki çaylarını mütəxəssislə məsləhətləşmədən istifadə etmək düzgün deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1773   Tarix: 20 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

sac duzumleri qaşların formalari geymler 2026 kişi üzükləri qohum evlilik sharlotka resepti seks pozalari kosmetika ana haqqinda bayati qiz evi haxista arıqla novruz bayramı oyunlar