Zaurdan səmimi ETİRAF: "Qadınlar üçün fərqi yoxdur, subayam ya evli"

Zaurdan səmimi ETİRAF: "Qadınlar üçün fərqi yoxdur, subayam ya evli"Xəzər Televiziyasının aparıcısı Zaur Kamalın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Zaur, son vaxtlar efirdə etdiyin şoulara görə, səni yaman qınayırlar…

– Məncə, olanları deyirlər. Sadəcə, bizə 5-6 il lazımdır ki, tamaşaçı şou-əyləncəyə alışa bilsin. Xarici telekanallara baxırsınız yəqin ki…

– Biz hər halda, avropalı deyilik.

– Əlbəttə, şounu mentaliteti qorumaq şərtilə yaradırıq. Mən əminəm ki, "5/5" proqramına hamı baxır. Axşam hamı işdən yorğun-arğın evə gəlir, yorğunluğunu, əsəbini bizim proqrama baxaraq çıxarır.

– Yəqin gözləyirlər ki, Zaur bu dəfə hansı sənətçinin ayaqqabısını çıxaracaq, ya da makiyajını sildirəcək.

– Biz damara baxıb, qan alırıq. Baxırıq ki, bu, şou adamıdır və heç nədən incimir, biz də işimizi görürük. Amma görəndə ki, qarşımızdakı şou adamı deyil, onda "stop" edirik.

– Düzünü deyin, heç efirdən sonra hansısa sənət adamı ilə aranızda narazılıq yaşanıb?

– Yadıma gəlmir.

– Yəni olmayıb ki, hansısa sənətkara söz atmısınız, o da sizə sərt reaksiya verib…

– Olanları efirdə görmüsüz. Əvvəllər "Ay Zaur" verilişində olurdu, hansısa müğənni deyirdi ki, bu hissəni çıxart. O deməyində olurdu, mən də öz işimdə.

– Bir dəfə demişdiniz ki, teleməkanda sizdən hündürboy aparıcı yoxdur. Xarici görünüşünüzü bildik, xarizmatiksiniz. Bəs aparıcı kimi, özünüzə rəqib görürsünüz?

– Maşallah, özünüz də gördünüz ki, proqramımız yeni mövsümdə partlayış etdi, hamı baxır. Mən efirə ilk dəfə çıxanda düşünmürdüm ki, kimdən güclü, ya da kimdənsə zəif aparıcıyam.

– Yəni özünüzə rəqib görmürsünüz?

– Yox, sadəcə, Azərbaycanda bu səpkidə şou-proqram yoxdur.

– Bir çox həmkarlarınız tədbirlərə xanımları ilə qatılır. Amma siz xanımınızı hamıdan gizlədirsiz, niyə?

– Ailədən danışmaq istəmirəm.

– Xanımlar yazırmı sizə?

– O qədər…. İrandan, Türkiyədən, başqa-başqa ölkələrdən. Məni sevən qadınlar üçün subay ya da evli olmağımın fərqi yoxdur.

– Bəs sizin reaksiyanız necə olur?

– Ailəliyəm, övladlarım var, elə şeylərə baş qoşmamışam (gülür). Türklər demişkən, tuzaq qurmaq və sair.

– Yəni, ehtiyat edirsiniz?

– … (gülür)

Zaurdan səmimi ETİRAF: "Qadınlar üçün fərqi yoxdur, subayam ya evli"Zaurdan səmimi ETİRAF: "Qadınlar üçün fərqi yoxdur, subayam ya evli"Zaurdan səmimi ETİRAF: "Qadınlar üçün fərqi yoxdur, subayam ya evli"

Xəbərlər     Baxılıb: 2073   Tarix: 30 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadin sayti geyim şəkilləri yemek reseptleri cinsəl sağlamlıq dil haqqinda atalar sozu bürclər və illər hakişta kosmetika həsən bəy zərdabi qurd ve quzu dolça kley lekesi novruza aid hakışda