Zökəm və onun müalicəsində xalq təbabəti üsulları
Zökəm - burnun selikli gişasının kəskin və ya xroniki iltihabıdır. Onun törədicisi əsasən mikroblar və viruslardır. Zökəm asqırma, burnun tutulması, selikli qişanın quruması və qıcıqlanması əlamətləri ilə başlayır. Nadir hallarda hərarət yüksəlir, çox zaman baş ağrısı və ümumi halsızlıq olur. Əsas simptom - burundan ifrazatın axması və tənəffüsün çətinləşməsidir. Aşağıdakı xalq təbabəti üsulları məsləhət görülür:
- zökəmin başlanğıcında kalanxoe yarpağının şirəsi yaxşı kömək edir. Burnun selikli qişası gündə 2-3 dəfə təzə yarpagın şirəsi ilə silinir.
- baş soğanın şirəsi ilə isladıimış pambıq gündə 3 dəfə 10 dəqiqə hər iki burun dəliyinə qoyulur.
- 3 xörək qaşığı xırdalanmış soğanın üzərinə 50 ml ilıq su tökülür və yarım çay qaşığı bal əlavə edilir. 30 dəqiqə saxladıqdan sonra damcı ilə burun dəliklərinə tökülür.
- təzə yerkökü şirəsi bitki yağı ilə 1:1 nisbətində qarışdırılır, üzərinə bir neçə damcı sarımsaq şirəsi əlavə olunur. Gündə bir neçə dəfə damcı ilə buruna tökülür. Müalicə müddəti 3-5 gündür.
- qırmızı çuğundurun 100 ml təzə hazırlanmış şirəsinə 1 xörək qaşığı bal əlavə olunur və qarışdırılır. 3-5 gün ərzində gündə 5 dəfə hər burun dəliyinə 5 damcı damızdırılır.
- zökəm zamanı buruna gün ərzində 3 dəfə 5 damcıdan çaytikanı yağı, aloe şirəsi və ya itburnu yağı damcılatmaq olar.
- yatmazdan qabaq 1 xörək qaşığı çay sodası 3 litr qaynayan suda həll edildikdən sonra onun isti buxarı ilə nəfəs alınır. Hər 2-3 dəqiqədən bir, 1 çay qaşığı soda əlavə olunur.
Milli.Az / news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq