Ayaq dırnaqlarına qulluq

Ayaq dırnaqlarına qulluqBuynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.
Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası - isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu ("pilka") və skrabın köməyi ilə təmizləmək lazımdır.
Əgər sizi ayaqların artıq dərəcədə tərləməsi narahat edirsə, bundan xilas olmaq üçün şam ağacının iynəyarpaqları, palıd qabığı, tozağacı, adaçayı və lavanda yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə etməklə ayaq vannaları qəbul etmək olar. Vannaları 10-15 dəqiqə ərzində hər axşam yatmamışdan əvvəl etmək lazımdır. Sonra ayaqları dəsmalla qurutmaq və talk və ya uşaq üçün olan səpmə toz ("prisıpka") vurmaq lazımdır. Həmçinin evdən çıxmamışdan qabaq ayaqlara və ayaqqabıların içərisinə iyi yox edən və tərləmənin qarşısını alan xüsusi sprey-dezodorant vurmaq məsləhətdir. Ayaqların tərləməsi zamanı mütləq həkim-dermatoloqa müraciət edin.
Yaxşı pedikür ayaqlara qulluğun mühüm hissəsi hesab edilir. Ayaq dırnaqlarını, onların dərinin içərisinə girməsinin qarşısını almaq üçün, dairəvi formada kəsmək olmaz, onları yalnız düz xətt boyunca kəsmək lazımdır. Manikür kimi, pedikür də kəsilən (kutikulanın kəsilməsi ilə) və kəsilməyən olur. Kəsilməyən pedikürdə kutikulanın üzərinə onu əridən xüsusi kosmetik vasitə vurulur. Pedikürün bu üsulu daha təhlükəsizdir. Əgər siz salonda pedikür etdirirsinizsə, alətlərin sterilizasiya olub-olmamasına xüsusi diqqət yetirin ki, qanla keçən qorxulu infeksiyalardan (hepatitlər, QİÇS) qorunmalı olasınız. Bu alətlər hər kliyentdən (!) sonra avtoklav adlanan xüsusi aparatda sterilizasiya olunmalıdır. Amma yaxşısı budur ki, özünüzə ayrıca pedikür üçün lazım olan alətləri alasınız

Gözəllik və Moda     Baxılıb: 4839   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

turlar.az

sonxeber.az geyim seçimi makiyaj etmek qaydalari qadın geyimi uşaq və təhsil sizanaqlara qarsi uz maskalari dini qadin geyimleri qutab xemiri kosmetika vetene aid bayati atalar sözləri qoğalın nağlı vetene aid bayatilar novruza aid hakista