Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?

Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Ukraynada hərbi əməliyyat başlayandan sonra Rusiyanın bir çox məşhur artisti və jurnalistləri ölkəni tərk edib. Köçmək üçün ən populyar yerlər İsrail və Avropa ölkələri olub.
Publika.az ulduzlardan hansının indi xaricdə yaşadığını araşdırıb.
Puqaçova və Qalkin
Hərbi əməliyyat başlayandan sonra rusiyalı müğənni Alla Puqaçova və onun həyat yoldaşı, yumorist və teleaparıcı Maksim Qalkin övladları ilə birlikdə İsrailə gediblər. Bu yaxınlarda məlum olub ki, ulduzlar Qryaz qəsəbəsindəki evlərini satışa çıxarıblar. "Osobnyak" 10 milyon dollar dəyərində qiymətləndirilir.
İsraildə Puqaçova ailəsi Təl-Əviv və Hayfa arasında yerləşən dəbli Qeysəriyyə şəhərində geniş malikanə kirayələyir. Eyni zamanda, pərəstişkarları cütlüyün getməsini Rusiyanı tənqid edən Qalkinin sərt açıqlamaları ilə əlaqələndirirlər.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Mayın 29-da Ostankino televiziya mərkəzinin binasında Alla Puqaçovaya müraciət peyda olub. "Alla, yaxşı ki, sən qaçdın..." Sonra senzuradan kənar ifadələr yazılmış mətn gəlib. Televiziya mərkəzinin mətbuat xidməti qalmaqallı yazı ilə bağlı şərh verməkdən imtina edib.
Öz növbəsində teleaparıcı Oskar Kuçera Qalkinin artıq Birinci kanalda işləmədiyini bildirib. Bununla belə, yumorist xaricdə pul qazanmağın yolunu tapıb və İsrail şəhərləri üzrə konsert turuna başlayıb. Öz növbəsində Alla Puqaçova da sosial şəbəkələrdə fanatları ilə ünsiyyət qurub və müalicə olunduğunu bildirib. Ulduz əmin edib ki, o, Rusiyaya geri qayıtmağı planlaşdırır.
Litvinova və Zemfira
Hələ fevralın sonlarında məlum olub ki, aktrisa Renata Litvinova müğənni Zemfira ilə birlikdə Rusiyanı tərk edərək Fransaya gedib. Aktrisa Parisdə məskunlaşıb və burada Bon-Nuvel bulvarına baxan mənzil alıb. O, daşınmaz əmlakı "çarəsizlikdən" alıb – uzun müddətə uyğun mənzil kirayələmək almaqdan daha çətin olub.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Rusiyadan getdiyi üçün Litvinova Anton Çexov adına Moskva Bədii Teatrının qastrolunu buraxıb. Onun rəhbərliyi yekunda aktrisanın yerinə əvəzləyici adam tapmalı olub. İndi onun yerinə "Şimal küləyi" tamaşasında Sofya Ernst oynayır.
Çexov adına Moskva Bədii Teatrının direktoruna ünvanladığı rəsmi məktubda Renata Litvinova ölkədən "qaçışını" Parisdə müalicə alması ilə izah edib. "Moskovskiy komsomolets"in məlumatına görə, teatr rəhbərliyi ondan tibbi sənədlər də alıb. Bununla belə, aktrisa artıq xaricdə iş tapıb, o, gürcü dizayneri, Fransanın "Balenciaga" moda evinin kreativ direktoru Demna Qvasaliyanın yaradıcılığına həsr olunmuş filmdə çəkilir.
Çulpan Xamatova
Martın 21-də Rusiyanın Xalq artisti Çulpan Xamatovanın uşaqları ilə birlikdə ölkəni tərk etdiyi məlum olub. Aktrisa Yekaterina Qordeyevaya müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayanda o, Latviyada məzuniyyətdə olub. Xamatova orada "gözləmək" istəyib, ancaq sonra mühacirət etmək qərarına gəlib.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Bundan sonra aktrisa müntəzəm olaraq Rusiyanın hərəkətlərini kəskin tənqid edən çıxışlar etməyə başlayıb. Bundan əlavə, o, daşıdığı Rusiya Federasiyasının xalq artisti titulu haqda neqativ danışaraq, bunu "cəfəngiyyat və sovet yadigarı" adlandırıb.
Eyni zamanda Rusiya Federasiyasının Xalq atristi Tatyana Vasilyeva Çulpan Xamatovanın yaratdığı "Həyat bəxş et" xeyriyyə fondunun ağır xəstə uşaqlarının "hər şeysiz" qaldığını bildirib.
Andrey Makareviç
"Zaman maşını" ("Maşina vremeni") qrupunun lideri Andrey Makareviç də hamilə həyat yoldaşı ilə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Orada onların oğlu Eytan dünyaya gəlib.
Eyni zamanda, körpənin anası israilli Eynat Klyayn oğluna Rusiya vətəndaşlığı almaq fikrində olmadığını bildirib. Musiqiçinin özü isə ruslar haqqında kəskin danışıb.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?"Gedənlər – Alla Puqaçova, Maksim Qalkin, Çulpan Xamatova, Zemfira haqqında qışqıraraq dediklərini görürəm... Rusiya sizi tərk edib, ay axmaqlar. Çünki Rusiya onlardır, siz yox", – Makareviç Teleqram kanalında yazıb.
Oxxxymiron
Ukraynada vəziyyətin kəskinləşməsindən sonra Oxxxymiron ləqəbi ilə fəaliyyət göstərən məşhur reper Miron Fyodorovun xaricə getdiyi məlum olub.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Musiqiçi Rusiyanın hərəkətlərini neqativ qiymətləndirib və İstanbulda konsert verib. Ondan gələn gəliri Ukraynaya dəstək üçün göndərəcəyini vəd edib.
Lazareva və Şats
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladıqdan sonra yumorist və teleaparıcı Tatyana Lazareva bir müddət Kiyevdə olub. O, martın sonunda İspaniyaya köçüb və oradan Rusiyaya qayıtmayacağını bildirib. Daha sonra onun yanına keçmiş əri, artist Mixail Şats da gəlib.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Lazareva sosial şəbəkələrdə ruslar haqqında təhqiramiz danışıb. O, Rusiyanın bir çox kəndlərini gəzdikdən sonra yoxsulluqdan qəzəbləndiyini qeyd edib. Ulduzun sözlərinə görə, əyalət sakinləri "lənətlənmiş analardır" və "uşaqlar heç kimə lazım deyil".
"Axmaqlar, sərxoşlar, narkomanlar. Onlara nə lazımdır? Televiziyada əyləncə və yemlik!" – onun tamaşaçıları bu cür qiymətləndirməsi populyarlıq qazanıb.
İnqeborqa Dapkunayte
Aktrisa İnqeborqa Dapkunayte də Rusiyaya qayıtmaq niyyətində deyil. O, bacısı və anası ilə Brüsseldə yaşadığını açıqlayıb.
Aktrisa "İnterqız" və "Batan günəş" filmlərində rol alıb. Dapkunayte Rusiya televiziyalarında "Böyük qardaş", "Buzda ulduzlar" şousuna aparıcılıq edib. Son vaxtlar isə Moskva Xalqlar Teatrının tamaşalarında iştirak edirdi.
İvan Urqant və Kseniya Sobçak
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Birinci kanal yayım cədvəlini ictimai-siyasi proqramların xeyrinə dəyişib və bu səbəbdən də bir sıra şouların, o cümlədən "Veçernıy Urqant"ın çəkilişləri müvəqqəti olaraq dayandırılıb. Həmin vaxt onun aparıcısı İvan Urqantın ailəsi ilə birlikdə İsrailə getməsi onunla müqavilənin ləğvi və verilişin bağlanması ilə bağlı söz-söhbətlərə səbəb olub.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Mayın 12-də jurnalist Kseniya Sobçak şounun bağlandığını elan edib, "ÇTD" "Telegram kanal"ı isə "Veçernıy Urqant"ın dekorasiyasının sökülməsi mənzərəsini əks etdirən şəkilləri dərc etdi. Teleaparıcının özünü Finlandiyada yanacaqdoldurma məntəqəsində görüblər, lakin şahidlərin sözlərinə görə, oradan Rusiya ilə sərhədə doğru gedib.
Eyni zamanda, Kseniya Sobçakın özü də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan az sonra İsrailə uçub. Teleaparıcının sözlərinə görə, o, oğlu ilə çoxdan planlaşdırdığı tətilə gedib.
Olqa Smirnova
"Bolşoy Teatr"ın prima-balerinası Olqa Smirnova da Rusiyanı tərk edib. O, teatrı tərk edib və xaricə gedib. Balerina karyerasını Niderlandda davam etdirməyə hazırlaşır.
Valeri Leontyev
Bu yaxınlarda Valeri Leontyevin ölkədən təcili şəkildə getdiyi məlum olub. Müğənninin yaxın dostu bu məlumatı verib: "Valeri Amerikaya, Mayamiyə uçdu. Onun orada daşınmaz əmlakı var". Artist illər əvvəl ABŞ-da 3 milyon dollara ikimərtəbəli villa alıb.
Bu il Rusiyadan mühacirət edən məşhurlar – Onlar kimlərdir?Musiqiçinin direktorunun sözlərinə görə, Leontyev praktiki olaraq Rusiyada yaşamır. "Hələ pandemiya ilə bağlı bu baş verdi, çünki praktiki olaraq qastrol və iş yoxdur", - deyə o bildirib.
Rusiyanı başqa kimlər tərk edib?
Danila Popereçnıy – bloger, komik
Yuri Dud (Rusiyada xarici agent kimi tanınır) – jurnalist, İspaniyaya uçub
Nyuşa - müğənni, Birləşmiş Ərəb Əmirliklərinə uçub
Liliya Qildeyeva – NTV kanalının aparıcısı
Vadim Qlusker – telejurnalist
Valeri Meladze – müğənni
FACE (Rusiyada xarici agent kimi tanınır) – reper
Anton Baqatov – bəstəkar və pianoçu

Maraqlı     Baxılıb: 1606   Tarix: 03 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

turlar.az

sonxeber.az gelinlikler kosmetika mehsullari toy makiyaji sekilleri adət ənənələr güllərin mənası tutmalar otaq dizaynlari kosmetika novruza aid hakışda üzeyir hacıbəyli azerb clpaq qadinlari arxadan olmag kahfe kali