Bu kişilərin oğlu olmur – ƏGƏR CİNSİ İSTƏK

Bu kişilərin oğlu olmur – ƏGƏR CİNSİ İSTƏKAna bətnində körpənin cinsiyyəti spermada olan xromosomun növündən aslıdır. 
Qadın yumurta hüceyrəsində cinsi xromasom X – dır. Kişi cinsi hüceyrəsi olan spermatozoidlərin  50 % – i X, digər 50 % – i Y xromosom daşıyır. X xromosom daşıyanlar ginesperma, Y xromosomlu spermatozoidlər isə androsperma adlanır. Əgər mayalanma prosesində yumurtahüceyrəni Y xromosomlu spermatozoid mayalandırırsa oğlan döl inkişaf edir. X xromosomlu spermatozoid mayalandırırsa qız döl inkişaf edir. Beləliklə də doğulacaq uşağın cinsi asılıdır yumurtahüceyrəni mayalandıran spermatozoidin Y yaxud X xromosomlu olmasından.
Y spermatozoidlərin elektron mikroskopik öyrənilməsi sübut edib ki, onlar daha yüngül və daha kiçikdirlər. Çünki, onların nüvəsində DNT daha azdır. Ona görə də onlar daha aktivdir və yumurta hüceyrəyə daha tez çatmaq şansları var. Lakin onlar ətraf mühitin faktorlarına qarşı çox həssasdırlar. Onlar qələvi mühiti daha çox sevir, turş mühitə dözümsüzdürlər. Qadın cinsiyyət yollarına düşdükdə adətən 24 – 36 saatdan çox yaşamırlar. Məhz bu xüsusiyyətlərinə görə X və Y spermatozoidləri fraksiyaya ayırıb süni mayalanmada isifadə etmək olur. Belə ki, Y və X xromosomları fraksiyalara ayırmaqla qız və oğlan sifarişləri qəbul oluna bilir.
- Əgər cinsi əlaqə ovulyasiyadan 2 – 4 gün əvvəl olubsa, qız olma şansı böuyükdür. Çünki bu dövrdə qadın cinsiyyət yollarının ph – ı turş olur. Bu mühitə Y xromosomlu spermatozoidlər az dözümlüdürlər, ona görə də tez tələf olurlar. Deməli yumurtahüceyrəni X spermatozoid mayalandıracaq.
- Əgər cinsi əlaqə zamanı kişi erkən boşalır və qadın bu hissi yaşamırsa, mühit yenə də turş olur. Bu halda da Y spermatozoidlər tez tələf olurlar. X xromosomlu ginesperma isə bu mühitə dözümlüdür və onun yumurtahüceyrə ilə görüşmə şansı yüksəkdir.
- Əgər kişi daima sıx alt paltar geyinirsə, işi həddən artıq isti şəraitdədirsə, siqaret çəkirsə, daha çox bitki mənşəli qidalarla qidalanırsa X – spermatozoidlərin şansı daha çoxdur.
- Əgər son iki ayda aktiv cinsi həyat yaşamayıblarsa, gec – gec olublarsa cinsi əlaqədə ( yəni həftədə 1 dəfə ) . Belə ki, gec – gec cinsi əlaqədə olduqda eyakulyatda X spermatozoidlərin konsentrasiyası artır və qız doğulma ehtimalı yüksəlir.
- Əgər cinsi əlaqə ovulyasiyadan 12 saat əvvəl və ovulyasiya saatlarında yaxud ovulyasiyada 12 saat sonra olarsa, oğlan olma ehtimalı yüksəkdir. Y spermatozoidlər daha aktiv olduğundan, onlar yumurtahüceyrəyə daha tez çatır və mayalandırır. Həm də ona görə ki, ovulyasiya öncəsi qadın cinsiyyət yollarında ph daha qələvi xarakterli olur. Bu isə Y xromosomlu spermatozoidlərə daha aktiv daha uzun müddət yaşamaq şansı verir.
- Əgər cinsi əlaqə zamanı cinsi orqanın vaginaya maksimum çox daxil olduğu vəziyyət seçilərsə spermatozoidlər uşaqlığa daha tez çatır. Y spermatozoidlərin daha az yaşamalarını və sürətli olmalarını nəzərə alaraq bu olduqca vacib şərtdir.
- Əgər kişidə erkən boşalma yoxdursa və qadın normal cinsi həzzə çata bilirsə uşaqlıq yolu ph – ı qələviləşir. Bu hal isə Y – spermatozoidə daha uzun müddət yaşama şansı verir. Həmçinin əgər qadın cinsi əlaqədən əvvəl adi içməli su ilə uşaqlıq yolunu azacıq isladarsa da eyni effekt alına bilir. Yəni mühit qismən qələviləşir.
- Əgər ovulyasiyaya qədərki son 4 – 5 gündə cinsi fisilə olarsa Y spermatozoidlərin konsentrasiyası artır.
- Əgər son iki ayda aktiv cinsi həyat yaşayıblarsa ( iki gündə bir dəfə ). Bu halda da hesab edilir ki, eyakulyatda Y spermatozoidlərin konsentrasiyası artır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 2220   Tarix: 11 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

turlar.az

sonxeber.az toy gecesi qadın geyimi maskalar dolu xanimlar ucun donlar resept necə tez arıqlayım qara tutun faydalari kosmetika ikizler pomidor vətənə aid bayatı hakiwda gülməli hakıştalar