Gözəl görünmək istəyirsinizsə bunları edin

Gözəl görünmək istəyirsinizsə bunları edin1. Limon şirəsi

Dirsək və dizlərinizə limon suyu sürtərək bir neçə dəqiqə yüngülcə masaj edin.Təxminən 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyunun və nəmləndirici krem vurun.

Digər bir üsul. Bir limon suyunu 1 yemək qaşığı bal ilə qarışdırın. Qaralan hissələrə bu qarışığı tətbiq edin və 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun. Bir neçə həftə ərzində, gündə 1 dəfə bu üsullardan birini tətbiq edin. Qeyd edək ki, limon suyu tətbiq etdikdən sonra 3 saat günəş şüalarından qorunsanız yaxşı olar.

2. Hindqozu yağı

1 çay qaşığı hindqozu yağı ilə yarım çay qaşığı limon suyunu qarışdırırıq. Bu qarışığı qaralan yerlərə sürtüb, 15-20 dəqiqə gözləyirik. Daha sonra dəsmalla təmizləyirik. Bu prosesi hər gün 1 dəfə təkrarlamaq lazımdır.

3. Qatıq

Əvvəlcə 1 çay qaşığı sirkə ilə qatığı qarışdırırıq. Daha sonra alınan qarışığı vurub, qurumağını gözləyirik. Sonra ilıq su ilə yuyuruq. Bu qarışımı da bir neçə həftə ərzində tətbiq etmək olar.

4. Şəkər tozu

Diz və dirsəklərinizin dəri rəngini açmaq üçün evdə şəkər ilə fırçalama üsulundan da istifadə edə bilərsiniz. Şəkər ölü hüceyrələrin yenilənməsinə və dərinizin yumşalmasına kömək olur.

Digər bir üsul da movcuddur. Şəkər və zeytunyağını bərabər miqdarda qarışdıraraq xəmir halına gətiririk. Daha sonra diz və dirsək bölgəsinə sürtüb, 5 dəqiqə masaj edirik. Sonda yenə də ilıq su ilə yuyuruq. Bu prosesi 1 həftə boyunca hər gün bir dəfə tətbiq etmək olar.

5. Qabartma tozu

Əvvəlcə 1 yemək qaşığı südü və qabartma tozunu qarışdırırıq. Sonra bu qarışımı 1-2 dəqiqə qaralmış hissələrə sürtüb, qurumasını gözləyirik. Sonda iliq su ilə yaxalayırıq.

6. Aloe vera

Bir aloe vera yarpağını əzərək, qaralmış hissələrə sürtürük, 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyuruq. Bu əməliyyatı bir neçə həftə ərzində 1və ya 2 dəfədən artıq istifadə etmək olmaz.

7. Badam

Badam dəri üçün olduqca faydalıdır. Dəri qidalandırıcı xüsusiyyətləri ilə zəngin olan badam, dərinizə canlılıq gətirir və onu qorumağınıza köməkçi olur. Hər gün yatmazdan əvvəl qaralmış bölgələri 5 dəqiqə badam yağı ilə masaj edin. Bu proses sayəsində bir neçə gün içərisində dəridəki fərqi özünüz hiss edəcəksiniz.

Həmçinin1 badamı toz halına gətirərək 2 yemək qaşığı qatıq ilə qarışdırırıq. Sonra diz və dirsək hissələrinə tətbiq edərək qurumağa buraxırıq. Sonda soyuq su ilə yuyuruq. Bu əməliyyatı bir neçə həftə ərzində, gün ərzində 1-2 dəfə təkrar edə bilərsiniz.

8. Nanə

Nanə dərini qoruyur və dəriyə parlaqlıq gətirir. Yarım stəkan su ilə bir ovuc nanə yarpağını 2-3 dəqiqə qədər qaynadırıq. Daha sonra bu suya yarım limon suyu əlavə edib, soyumasını gözləyirik . Bir pambıq parçasını suya batıraraq dirsək və dizlərimizə sürtürük, 15-20 dəqiqə gözlədikdən sonra dərimizi ilıq su ilə yuyuruq.

Gözəllik və Moda     Baxılıb: 3784   Tarix: 04 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

turlar.az

sonxeber.az makiyaj instagram gelinlikler makiyaj etmek qaydalari gözəllik məhsulları kökəlməyin yolları orucluqda cinsi əlaqə sarimsaq limon mocuzesi kosmetika vətən haqqında atalar sözləri şirin qoğal geyim bürcler hakıştalar