Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTO

Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOPublika.az xarici mətbuata istinadən xəbər verir ki, Pantone Rəng İnstitutu yaxın aylar üçün dəbdə olacaq əsas çalarları müəyyən edib.
Onlar arasından zövqünüzü oxşayan çaları seçmək sizin öz üzərinizə düşür. Rəng və material hər mövsüm yeni dəb cərəyanlarının formalaşmasında əsas rollardan birini oynayır. Kolleksiyanın yaradılması məhz rəng və parça seçimi ilə başlayır. Həmişə olduğu kimi payız və qış ayalarıü üçün dizaynerlər daha sakit və boğuq çalarları təklif edirlər.
Qızıl xəzan
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOMürəkkəb xəzan rəngi bir çox moda nümayişlərində göz qamaşdırırdı. Xüsusilə solğun narıncı aksessuar və ayaqqabılarda daha effektli görünür. Xəzan çalarını xatırladan çantalar, çəkmələr, və kəmərlər obraza rəng qatır. Narıncı ağ və qaranın fonunda da yaxşı təsir bağışlayır.
Solğun çəhrayı
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOZərif solğun çəhrayı rəng payız-qış kolleksiyalarında o qədər də tez-tez rast gəlinir ki, artıq buna təəccüblənmirsən. Sviterlər, yun şalvarlar, trikotaj donlar daha çox göz oxşayır, nəinki kədərli və darıxdırıcı tünd-boz palitra.
Yay atmosferi
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOYaşıl əvvəlki kimi 2017-ci ilin əsas rəng statusunu qoruyur. Bu rəng çox maraqlı olsa da, istifadə üçün sadə deyil. Onu elektrik göy, klassik ağ-qara, zəngin giləmeyvə və ya terrakota çalarları ilə birlikdə istifadə edin. Açıq rənglər və qəhvəyi də yaşılla yaxşı yola gedir.
Dərin göy
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTODərin göy çalarları payız-qış mövsümünün ən populyar rəngidir. Bu rəng sayəsində həm də sadə monoxrom dəstlər yaratmaq, həm də hansısa aksessuar istifadə etmək olar. Tünd göyün əsas üstünlüyü odur ki, onu praktiki olaraq istənilən çalarla birləşdirmək olar.
İsti qum çalarları
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOİsti qum çaları payız dəbinin klassikasıdır. Bu rəngdə geniş balaqlı şalvar və palto, rahat sviter və jaketlər bütün qış kolleksiyalarının əsas atributlarıdır. Stilistlər başdan ayağa açıq qəhvəyi rəngdə geyinməyi məsləhət görür. Lakin onu da qeyd etmək lazımdır ki, neytral çalar bütün rənglərlə uzlaşdığı üşün universaldır. Bu, sakit və xoş çalarlara üstünkük verənlər üçün şad xəbər olacaq.
Neytral boz
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOBu parlaq palitrada bircə sakit rəng olmalı idi. Pantone institutu neytral bozu təklif edir. Yeri gəlmişkən, yuxarıda sadaladığımız rənglər bozun tutqun və darıxdırıcı təsirini maksimum dərəcədə azaltmağa qadirdir. Baş-ayağa boz dəstlər isə parlaq çalarlardan daha maraqlı və cəlbedici görünür. Boz rəngli jaket və mavi cins şalvarın vəhdəti isə payızın ən gözəl kombinlərdən biridir. Boz gündəlik və işgüzar obrazlar üçün əlverişlidir, amma bir neçə parlaq rəng əlavə etməklə axşam dəstləri yaratmaq olar.
Zoğalı və şərab çalarları
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOTünd qırmızının bənövşəyi+qəhvəyi variantı payızın mürəkkəb, maraqlı və tələbkar çalarıdır. "Valentino" moda evinin kreativ direktoru Pyerpaola Piççoli onu zümrüd, çəhrayı və limon sarısı kimi mürəkkəb çalarlarla birləşdirib. Bununla belə zəngin tünd qırmızı bu mövsüm müxtəlif tipli qızlara birrəngli dəstlər yaratmağa imkan verəcək. Bu nəcib rəng istənilən payız dəsti üçün idealdır.
Qırmızı
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOƏgər soyuq və yağmurlu payız havası əhvalınıza soğan doğrayırsa, onda qarderobunuza qıpqırmızı paltarlar daxil edin. Xəbər verdiyimiz kimi bu payız başdan ayağa qırmızıya bürünmək zövqsüzlük əlaməti sayılmayacaq. Əgər bu yanaşma sizə çox cəsarətli görünüsə, qırmızı sviteri və ya jaketi cinslə birləşdir. Belə dəstlə istənilən yerə getmək olar. Bu parlaq, effektli və dinamik rənglə diqqəti cəlb etməmək mümkün deyil. Qırmızı pomada isə öz növbəsində makiyajda aktualdır.
Tünd yaşıl
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTOTünd yaşıl sakitləşdirici təsiri ilə məşhurdur. Demək olar ki, bu rəng bütün göy bütün çalarlarını çox yaxşı tamamlayır, həm də bənövşəyi ilə asanlıqla uzlaşır. Bu zəngin rəng istənilən axşam paltarlarında və gündəlik geyimlərdə çox gözəl olacaq. Tünd yaşılın dəri rəngini boğduğunu düşünürsünüzsə, bu çalarda çata və ayaqqabı alın.
Əvəzolunmaz mavi
Payızda dəbdə olacaq əsas RƏNG PALİTRASI - FOTODizaynerlər yayı sevənləri də unutmayıb və onlar dəniz dalğalarını yada salan çalarlarda müxtəlif geyimlər təklif edib. Mavi qəhvəyi və boz rənglərin fonunda daha güclü təsir bağışlayır.

Mətbəx     Baxılıb: 1960   Tarix: 17 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

sonxeber.az geyim dəbləri gozel gorunmek qaşların formalari saglamlig bürclərin uyğunluğu bürclər və illər tursu qovurma kosmetika qiz evi haxista hakista xərçəng bürcü burclerin uygunlugu kley lekesi