Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ ÜSULLARI

Üzdəki ləkələrdən qurtulmağın SADƏ TƏBİİ ÜSULLARIÜzdə yaranan ləkələrdən yaxa qurtarmaq təxmin edildiyi qədər çətin deyil.
Ailem.az üzdəki ləkələri aparmağın sadə təbii üsullarını sizə təqdim edir.
Badamlı maska
5 ədəd badamı bir gecə ilıq suda saxlayın. Yumşalan badamları əzin və içinə bir az su əlavə edib, xəmir halına gətirin. Yarım çay qaşığı balı badama əlavə edin və ləkə olan yerə vurub, yarım saat gözləyin. Soyuq su ilə durulayın. Səbrlə ləkə azalana və tamamilə solana qədər bu prosesə davam edin. Həftədə üç dəfə bu maskanı istifadə etmək məsləhətdir.
Xiyar suyu
Xiyar suyu canlandırıcı, yeniləyici təsiri bilinən bir gözəllik formuludur. Bir çox kosmetik vasitənin içində olan xiyar özü dərini canlandırıb, daha təzə bir görünüş vermək üçün istifadə edilir. Ləkələri aparmaq üçün xiyar suyu başqa kosmetik vasitəyə ehtiyac duymadan istifadə edə biləcəyiniz ən yaxşı ləkə aparıcıdır. Xiyarı rəndələyin və çıxan suyu ləkəli yerə vurun. Suyun qurumasını gözləyin, sonra soyuq su ilə durulayın.
Limon suyu
Limon suyu qoltuq altı qaralmalarına, günəş ləkələri və bir çox ləkənin müalicəsində istifadə edilə bilən ən yaxşı ağardıcılardan biridir. Gecə dəri təmizliyi losyonunuza limon suyu əlavə edin. İstəsəniz, limon suyunu sıxıb buz qəliblərinə də doldura bilərsiniz. Ləkəli yerə limon suyunu vurub 20 dəqiqə qurumasını gözləyin və arxasınca islaq bir pambıqla yeri təmizləyin. Bu prosesə bir neçə həftə boyunca davam edin.
Süd
Kimyəvi vasitə istifadə etmədən ləkələrdən azad olmanın ən asan yollarından biri də südlə dərini təmizləməkdir. Pambığı 1 çay qaşığı südə batırın və ləkəli yeri bu pambıqla təmizləyin. Yarım saat gözləyib ilıq su ilə üzünüzü yuyun. Mütəmadi etsəniz, qaralmaların, ləkələrin açıldığını görəcəksiniz.
Kartof suyu
Kartof suyu ilə ləkələrdən qurtarmaq kosmetik vasitə istifadə etməkdən çox daha asandır. Çiy kartofu rəndələyin və çıxan suyu barmaq uclarınızla ləkəli bölgəyə yedirin. 5 dəqiqə boyunca həmin yeri masaj edin və ilıq su ilə yuyun.

Gözəllik və Moda     Baxılıb: 2481   Tarix: 25 mart 2019
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

turlar.az

sonxeber.az kosmetika mehsullari adlarin menasi qadin sayti murebbeler aybaşı sikli capiq ucun maz alt geyimləri kosmetika novruz hakista yumurta hakista sozler rus dili xerçeng