1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan olunub
Melumat-merkezi.com xəbər verir ki, Elmin İnkişafı Fondu 2016-cı il mayın 17-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı "Rusiya Fundamental Tədqiqatlar Fondu" (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli sazişin müddəalarını nəzərə almaqla 1-ci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
Müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17,00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.
Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan "e-QRANT"-"Qrant layihələrinin Elektron İdarəolunması Sistemi" vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə Fondun məsləhət seminarlarının keçirilməsi də nəzərdə tutulub.
Rusiya Fundamental Tədqiqatlar Fondunun müvafiq elanı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://www.rfbr.ru/rffi/ru/contest/o_1969520









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları