10 dərəcə şaxta olacaq, qar yağacaq - SABAHIN HAVASI

10 dərəcə şaxta olacaq, qar yağacaq - SABAHIN HAVASIAzərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xanim.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 8-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-5° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-8° isti olacağı gözlənilir.

Xəbərlər     Baxılıb: 1559   Tarix: 07 yanvar 2019
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər. -a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlı

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Sarımsaq qoxusundan necə qurtulmaq olar?

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. .   -a istinadən bildirir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmaya

.

Ağcaqanadlar bu qan qrupundan olan insanları "sevir"

Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyi

.

Şəkər xəstələrini insulindən ömürlük xilas edəcək TƏCRÜBƏ

Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməy

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

.

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər. -a istinadən xəbər verir ki, kardioloq

.

Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Portağal son dərəcə sağlamdır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir.   -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari toy makiyajlari qadın geyimi payiz haqqinda insa yoğun bağırsaq xəstəlikləri hind paltarlari yemisan faydasi kosmetika dostluq sağlamlığa aid atalar sözləri atalar sözü xocali salam