10 məşhurun narkotik testi müsbət çıxdı
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan bəzi məşhurların analizlərinin nəticələri açıqlanıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, 10 nəfərin narkotik testi pozitiv nəticə verib.
Ekspertiza rəylərinə əsasən, məşhur müğənni Mabel Matiz və model Aslıhan Turanlının sidik və saç nümunələrində kokain, menecerlik edən Aycan Yağcının sidik nümunəsində marixuana, saç nümunəsində kokain, aktrisa Eda Doranın qan, sidik və saç nümunələrində kokain, aktrisa Yağmur Ünal, Eren Kesimer, Yasemin İkbal, Tarık Tunca Bakır və Fatih Terimin keçmiş kürəkəni Volkan Bahçekapılının saç nümunəsində kokain aşkarlanıb.
Qeyd edək ki, araşdırma çərçivəsində ümumilikdə 20 şübhəli, o cümlədən, aktrisa Serenay Sarıkaya və Feyza Civelek, aktyor Onur Tuna, müğənni Berkay Şahin və Mabel Matiz, model Aslıhan Turanlı və tanınmış baş məşqçi Fatih Terimin keçmiş kürəkəni Volkan Bahçekapılı saxlanılmışdı.









Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Məşhur aktyor 22 kilo arıqladı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun