100 yaşlı həkimin 7 qızıl qaydası - Uzun ömrün sirri

100 yaşlı həkimin 7 qızıl qaydası - Uzun ömrün sirriHər birimiz uzun və sağlam yaşamaq istəyirik. Bunun üçün müxtəlif araşdırmalar edir, sağlıqlı qidalanmağa çalışsaq da, bəzən bu mümkün olmur. Lakin yenə də həkimlərin uzun və sağlam ömür yaşamaqla bağlı verdiyi tövsiyyələrə əməl etməkdə fayda var.
Ömrünü sağlam və uzun ömür yaşamağın sirləri bağlı araşdırmalara həsr etmiş 100 yaşlı həkim Con Şarenberq uzun ömür yaşamaq üçün lazım olan əsas məqamları toplayıb.
Bunlar sadəcə nəzəriyyə deyil - bu prinsiplər, bir çox insanın xroniki xəstəliklərdən uzaq durmasına və yaşlılığa qədər aktiv qalmasına kömək edən sübut olunmuş həyat tərzi vərdişləridir.
Milli.Az Con Şerenberqin sağlam qalmağa kömək edə biləcək bu həyat dəyişdirən formullarını təqdim edir:
Siqaretdən uzaq durun
Siqaret çəkmək ağciyər xərçəngi, ürək xəstəlikləri və erkən qocalma da daxil olmaqla bir çox sağlamlıq problemləri ilə əlaqələndirilir. Həkim qeyd edir ki, siqaretdən uzaq duran insanlar daha uzun yaşayır və demans, infarkt kimi xəstəliklərə tutulma riski əhəmiyyətli dərəcədə azalır. Sadə dillə desək, tütündən uzaq durmaq uzunömürlülük üçün verilə biləcək ən yaxşı qərarlardan biridir.
Alkoqoldan tam imtina edin
Alkoqol istifadəsi uzun müddətdir müzakirə olunur, lakin yeni tədqiqatlar göstərir ki, az miqdarda belə qəbul edilməsi sağlamlıq risklərini artırır. Ən son araşdırmalar "təhlükəsiz" alkoqol səviyyəsinin olmadığını ortaya qoyub. Hətta çox az içmək belə xərçəng, qaraciyər və ürək-damar problemləri riskini artırır. Daha yaxşı sağlamlıq və uzun ömür üçün doktor alkoqolu tamamilə kəsməyi şiddətlə tövsiyə edir.
Hər gün fiziki aktivlik
Hərəkətsiz həyat tərzi erkən ölüm üçün ən böyük risk faktorlarından biridir. Müntəzəm fiziki fəaliyyət ürək sağlamlığını qorumağa, əzələləri gücləndirməyə və psixoloji rifahı yaxşılaşdırmağa kömək edir. Həkim 40-70 yaş aralığının aktiv qalmaq üçün ən vacib dövr olduğunu bildirir. Yürüş, üzgüçülük və güc məşqləri formada qalmaq və ömrə illər qatmaq üçün əla üsullardır.
Hər zaman çəkinizi qoruyun
Piylənmə diabet, ürək xəstəliyi və xərçəng də daxil olmaqla demək olar ki, bütün ciddi xəstəliklərin riskini artırır. Lakin doktor qeyd edir ki, artıq çəkili insanlar da müntəzəm məşq ilə sağlamlıqlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər. Yemək asılılığının da narkotik və digər maddə asılılıqları kimi ciddiyə alınmalı olduğunu vurğulayır. Həddindən artıq yeməyin əsas səbəblərini tapmaq və qidalanmanı şüurlu şəkildə dəyişdirmək sağlamlıq və uzunömürlülük üçün vacibdir.
Şəkəri azaldın
Artıq şəkər istehlakı piylənmə, diabet və ürək infarktı ilə əlaqələndirilir. Bir çox insan bilmədən gündəlik olaraq işləmiş qidalar, şirin içkilər və desertlər vasitəsilə çoxlu miqdarda şəkər qəbul edir. Doktor, hər gecə çoxlu dondurma yeyən bir xəstənin xolesterin və trigliserid səviyyəsinin yüksəlməsini nümunə kimi göstərir. Şəkəri azaltmaq daha sağlam ürək, sabit enerji və ümumi sağlamlıq üçün vacibdir.
Ət istehlakını azaldın
Xüsusilə doymuş yağla zəngin heyvani mənşəli qidalar ürək-damar xəstəlikləri riskini artıra bilər. Sağlamlıq təşkilatları bitki əsaslı qidalanmaya üstünlük verilməsini tövsiyə edir. Amerikan Ürək Assosiasiyası doymuş yağ qəbulunu azaltmaq və bitki əsaslı pəhrizi dəstəkləmək üçün çağırış edir. Həkim bitki əsaslı və ya vegetarian qidalanmanın uzunömürlülüyü dəstəklədiyini və xəstəlik riskini azaltdığını bildirir.
Sağlam həyat tərzinə fokuslanın
Doktor bildirir ki, infarkt, insult və diabet kimi bir çox xroniki xəstəliklər həyat tərzinin dəyişdirilməsi ilə qarşısı alına bilər. Tədqiqatlar göstərir ki, həyat tərzində dəyişikliklər etməklə dərman istifadə etmədən belə xəstəlik riskini azalda bilər. Dünya Səhiyyə Təşkilatı və Avropa Kardiologiya Cəmiyyəti bu nəticələri dəstəkləyir. Bir çox insan hələ xəstəlik diaqnozu qoyulmadan dəyişikliyə başlamaq istəmir, lakin bugünkü proaktiv addımlar sabah böyük problemlərin qarşısını ala bilər. (Qaynarinfo)
Milli.Az

Xəbərlər     Baxılıb: 1462   Tarix: 07 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

qadin sayti geyim necə seçməli yemek reseptleri döş əmən kişilər otaq dizaynlari qış tədarükü salatlar intim pozalar kosmetika nizami gencevi qardasa aid haxistalar salatlar sirin qogal qiz adlari