14 qadından biri bu vərdişə görə döş xərçəngi olur
İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır... İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-York Post yazır ki, həftədə cəmi 10 içki içən 100 qadından 14-ü həyatının hansısa döngəsində döş xərçəngi ilə üz-üzə qalır.
Qadınlar içkini, xüsusilə də şərabı "zərərsiz həzz" hesab edirlər. Amma elm reallığı göstərir: hər stəkan içkidə risk artır. Məsələ burasındadır ki, heç də sərxoşluq həddində içməkdən söhbət getmir. Gündə bir qədəh şərab, bəzən də dost məclisində bir "kokteyl".
Mütəxəssislər deyirlər ki, alkoqol bədəndə parçalanarkən asetaldehid adlı maddəyə çevrilir - bu isə DNT-ni zədələyən, xərçəng hüceyrələrinin yaranmasına zəmin yaradan bir kimyəvi silahdır. Xüsusən də menopauzadan sonrakı dövrdə olan qadınlar bu "sakit təhlükə"nin birbaşa hədəfinə çevrilirlər. Risk 27%-ə qədər artır.
"Mədəni içki" mədəniyyətinin arxasında gizlənən susqun xəstəlik artıq illərdir qapını döyür. Və çox vaxt da cavab gözləmir - içəri girir.
Amerikanın rəsmi qurumları artıq siqnal veriblər: "içkinin heç bir miqdarı tam təhlükəsiz deyil". Amma bu xəbər hələ şərabın etiketində yazılmayıb, pivə stəkanında köpük kimi dağılıb gedir, çünki zövq hələ də həqiqətdən öndə gedir.
Bir sözlə, statistikada adı rəqəmlə yazılan o 14 qadından biri olmamaq üçün bəlkə də bu axşam bir stəkan az içmək yetər. Ya da ümumiyyətlə içməmək.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi