14 yaşlı Aygünün həyat dramı: Ana Türkiyəyə ərə getdi, ata küçəyə atdı

14 yaşlı Aygünün həyat dramı: Ana Türkiyəyə ərə getdi, ata küçəyə atdı...Sığınacağımıza indiyədək yüzlərlə uşaq gətirilib. Kimisi şiddət gördüyü üçün evdən qaçıb, kimisi də valideynləri, yaxınları tərəfindən küçəyə atılıb. Valideynləri öldüyü üçün küçələrdə yaşayanlar da var. Amma bu qız sığınacaqda keçirdiyi ilk gecəsini yəqin ki heç vaxt unutmayacaq...

14 yaşlı Aygün Hüseynova (adı dəyişdirilib) dekabrın 19-da polislər tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. Atası yeganə övladından imtina edib.

Təşkilatın rəhbəri Kəmalə Ağazadə deyir ki, Aygün bütün gecəni bir nöqtəyə baxıb ah çəkməklə keçirib. Səhərə kimi nə su içib, nə də yemək yeyib. Yalnız səhəri gün psixoloq və sosial işçilərin köməyi ilə yaşadıqlarını danışıb. "İllərdir problemli ailələrlə işləyirik. Övladından imtina edən valideynlərlə tez-tez rastlaşırıq. Əksər hallarda atalar övladından imtina edirlər. Amma ilk dəfədir ki, belə hadisə ilə rastlaşıram. Ana doğma balası ilə ədavət aparır. Hətta qohumlarının Aygünü övladlığa götürməsinə mane olur, uşağa kömək etmələrinə imkan vermir. Aygünün sığınacaqda və ya küçədə yaşamasına razıdır", - K.Ağazadə virtualaz.org saytına hadisə ilə bağlı danışıb.

BiG.AZ sözügedən sayta istinadən xəbər verir ki, Aygünün atası ilə anası ayrılıb, anası yenidən ailə qurub. Məhkəmə Aygünü anasının qəyyumluğuna verib. Lakin qız məhkəmədə anası ilə deyil, atası ilə qalmaq istədiyini deyib. Aygünün istəyi nəzərə alınıb, məhkəmənin qərarı ilə onu atasının himayəsinə veriblər.

Kəmalə Ağazadə söyləyir ki, qızın anasından imtina etməsinin müəyyən səbəbləri olub. Qız Türkiyəyə gedib, orada yaşamaq istəməyib.

Amma sonradan ata da uşaqdan imtina edib. Çünki ona baxmaq, uşağa sahib çıxmaq lazım gəlib. Ata isə belə məsuliyyətin altına girmək istəməyib. "Ata 2 gündən sonra gəlib rəsmi şəkildə uşaqdan imtina edəcək. Amma xalası Aygünü öz yanında saxlamağa razıdır, onun uşağa baxmaq üçün maddi imkanı var. Aygün də xalasının yanında qalmaq istəyir. Hiss olunur ki, hər ikisi bir-birini çox istəyir. Amma anası Aygünün xalasının himayəsinə verilməsinə razı deyil. Qızının onu istəməməsi səbəbindən uşaqla ədavət aparır. Qızın reabilitasiyasından sonra xalasının qəyyumluğuna verilməsinə çalışacağıq", - sığınacaq rəhbəri qeyd edib.

Aygün 1 ildir məktəbə getmir. Atası deyib ki, artıq məktəbə getməsinə ehtiyac yoxdur. Hətta sənədlərini də götürüb ki, məktəbdən zəng vurub maraqlanan olmasın. Hazırda sığınacaqda 1 yaşından 16 yaşa qədər 40 uşaq qalır. Uşaqlar Şaxta Babaya məktub yazaraq yeni ildə onlara hədiyyə gətirməsini xahiş ediblər. Aygün də məktub yazıb: "Şaxta Baba, mənə çanta gətir, içində dəftəri, qələmi, kitabları olsun. Mən dərsə gedib, oxumaq istəyirəm. Ona görə ki, küçələrdə qalan, atılmış uşaqları tapım, əlləri, ayaqları soyuqdan donmasın. Mən artıq üşümürəm, bura istidir".

Kəmalə xanım onu da deyir ki, sığınacağa gətirilən bütün uşaqlarla psixoloji iş aparılır, azyaşlılar uzun müddət reabilitasiya proqramına cəlb edilirlər. Amma yaşadıqları dəhşətləri unutmurlar. Uşaqlara mərhəmət hissini aşılamağa çalışırlar. Mərhəmətli olsunlar ki, onlarla qəddar rəftar edənlərin səhvlərini təkrarlamasınlar.

Xəbərlər     Baxılıb: 1606   Tarix: 26 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim seçimi həkim məsləhəti geymler 2026 ancelina colinin sekilleri vannalar qarasin qizlar ucun makiyaj bilik haqqinda atalar sozu kosmetika gəncə hüzeyir hacibəyov yemek reseptleri prostat sağlıq