22 yaşlı Leylanın dəfnindən ÜRƏK DAĞLAYAN kadrlar - Anasının AH-NALƏSİ GÖYƏ QALXDI - FOTOLAR

Artıq 3 gündür ki, mətbuatda, sosial şəbəkələrdə 20 yaşlı model Leyla Oruclunun faciəli ölümü müzakirə edili. Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 22 iyun tarixində ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.

Bu gün isə Leylanın yas mərasimi keçirilib.
Xanim.az xəbər verir ki, musavat.com-un əməkdaşı da mərasimə qatılıb. Mərhumun yaxınları əməkdaşımız ilə söhbətləşərkən bildiriblər ki, uzun müddətdir ki, modelliklə məşğul olan Leyla son zamanlarda qarın və bel nahiyəsində gedən kiçik piylənmədən narahat olub:

"Onun əməliyyata ehtiyacı yox idi. İdmanla da istədiyi formanı əldə edə bilərdi. Amma əməliyyatla buna nail olmaq istəyib".

Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Sirus Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini iddia ediblər:

"Həkim ailəsindən icazə alıb, sonra əməliyyat etməli idi. Üstəlik Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması onu şoka salan səbəblərdən biri olub. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Eşitdiyimizə görə həmin həkim bu günə qədər çox xəstənin ölümünə səbəb olub, amma cəzalandırılmayıb. Tezliklə, yas mərasimindən sonra həkim barəsində şikayətçi olacağıq".

Bəzi yaxınlarının iddialarına görə isə, model qızın ölümünə səbəb əməliyyatdan sonra ona vurulan köhnə donor qan olub.

Övlad acısının şokundan ayıla bilməyən Sevinc xanım isə danışmaqda çətinlik çəkir:

"Alışmışdım qızımın olmasına, getdi... Leyla çox bacarığa malik idi. Hələ uşaqlıqdan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedib. Pianinoda ifa etməyi, vokal oxumağı bacarırdı. Çox ağıllı, işini bilən qız idi... Neçə gündür ki, ağlaya bilmirdim. Yalnız bu gün ağlayıb, az da olsa ürəyimi boşalda bildim".

Sevinc xanım da həkimin cəzalandırılmasını istədiyini dilə gətirdi:

"Balamı geri qaytara bilməsəm də, onun cəzalandırılmasını görsəm az da olsa təskinlik taparam".

Söhbət zamanı o da məlum oldu ki, 22 yaşlı Leyla evin böyük övladı olub. 12 yaşlı qardaşı Mərd isə bacısının ölümünü hələ doğru-dürüst dərk edə bilmir.

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün unikal.org saytına açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib:

"Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:

"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".

Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib.
22 yaşlı Leylanın dəfnindən ÜRƏK DAĞLAYAN kadrlar - Anasının AH-NALƏSİ GÖYƏ QALXDI - FOTOLAR22 yaşlı Leylanın dəfnindən ÜRƏK DAĞLAYAN kadrlar - Anasının AH-NALƏSİ GÖYƏ QALXDI - FOTOLAR22 yaşlı Leylanın dəfnindən ÜRƏK DAĞLAYAN kadrlar - Anasının AH-NALƏSİ GÖYƏ QALXDI - FOTOLAR22 yaşlı Leylanın dəfnindən ÜRƏK DAĞLAYAN kadrlar - Anasının AH-NALƏSİ GÖYƏ QALXDI - FOTOLAR

Xəbərlər     Baxılıb: 3341   Tarix: 28 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari makiyaj etmek qaydalari gözəllik məhsulları sifahi xalq edebiyyati elm haqqinda atalar sozleri əlibala hacızadə qadın haqqinda kosmetika vətən həsrətinə aid bayatılar arxadan olmag uzeyir azerbaycanli is adami amerikada gullelendi englishdilində qulaq