29 yaşlı azərbaycanlı iş adamı ABŞ-da QƏTLƏ YETİRİLDİ - FOTO
Xanim.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Qubad İbadoğlu şəxsi feysbuk səhifəsində informasiya verib.
Məlumatda bildirilir ki, 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Şahidlərin sözlərinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də tapılmayıb.
Həmçinin bildirilib ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. O, bir neçə il öncə ABŞ-a köçüb. E.Xəlilov Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.
Amerika polisinin verdiyi məlumata görə, qanlı hadisə bazar ertəsi saat 10:00-10:30 arasında baş verib. Elçin Xəlilovu yaralı şəkildə yaxınlıqda fəaliyyət göstərən "Milton" gözəllik salonunun işçiləri yaralı halda tapıb. Cinayətkar qurbanına boynundan xəsarət yetirib.
Elçin Xəlilovun cənazəsinin Azərbaycana qaytarılacağı bildirilib.
f Paylaş








Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?