4 aylıq uşağın qidalanması

4 aylıq uşağın qidalanmasıSüdəmər uşağın dördüncü ayında onun qidasını əsasən ana südü təşkil eləməlidir. 4 aylıq uşaq gün ərzində 6 dəfə ana südü ilə qidalanmalıdır. Düzdür, bu zaman ananın südü uşağı doyuzduracaq qədər olmalıdır. Amma, bəzən bu aylarda ananın südü arta və ya azala da bilir. Uşağın 4 ayı olduğu müddətdə ananın südü uşağını doydurursa bu zaman həmin uşaq sağlam böyüyür. Südün miqdarı artdığı zaman isə, uşaq tox olduqda artıq südü sağıb döşlərdən boşaltmaq lazımdır. Bunun üçün isı xüsusi südsağan alətdən istifadə edilir. Südsağan alətlə döşlərin sağılması rahat və effektlidir. Bu alətin əllə mexaniki işləyən və elektriklə işləyən növləri vardır. Südsoran alətdən istifadə edən zaman isə onun sterlizasiyasına diqqət yetirmək lazımdır.
Bəzən də müxtəlif səbələrdən uşaq 4 aylıq olduğu zaman ananın südü azalır və ya olmur. Bəs bu zaman ilk dəfə qarışıq qida olaraq uşağa nə vermək lazımdır?
Bəzi pediatrlar ananın südü azaldığı zaman uşağa əlavə qida verməyi məsləhət bilir. Amma, allergiyaya meyilli uşaqlara əlavə qida verməyə başladıqda onlara diqqətlə yanaşmaq lazımdır. Bunun üçün əlavə qidadan az miqdarda uşağa yedirməli və onun mədə-bağırsaq sisteminin buna verdiyi reaksiyaya nəzarət etmək , sonra qidanın ardını yedirmək lazımdır. Ümumiyyətlə, südəmər uşaqlar əlavə qidalara başlamazdan əvvəl mütləq uşaq orqanizminin qidaya olan reayaksiyasını diqqət mərkəzində saxlamaq lazımdır.
4 aylıq uşağın bağırsaqlarını nəzarətdə saxlamaqla ona təzə sıxılmış meyvə şirəsi yedizdirmək olar. Meyvə şirəsini az miqdarda içən uşaqda ishal və ya dəri səpgiləri baş verməzsə o zaman şirənin miqdarını tədricən artırmaq olar.
Aşağıdakı cədvəl uşağın hansı ayda nə yeyə biləcəyini göstərir:
-Meyvə şirəsi
-Meyvə püresi
-Kəsmik
-Yumurta sarısı
-Tərəvəz püresi
-Südlü sıyıq
-Ət püresi
-Kefir və ya qatıq
-Buğda çörəyi
-Suxari, peçenye
-Bitki yağları
-Kərə yağı
Mütəxəssislər südəmər uşağa qarışıq qidalar verməyə başladıqda anaları meyvənin, südün, ətin təzə və sağlam olmasına diqqət yetirmələrini vacib sayır. Uşağın yediyi əlavə qida uşağın həzm sisteminə və mədə-bağırsağına mənfi təsir etməsə o zaman qidanı asanlıqla uşağa vermək mümkündür. 4 aylıq uşağı əlavə qida ilə qidalandırdıqda ona gündə bir-neçə əlavə qida vermək olmaz. Bunu qidanı növbələşdirərək uşağa vermək lazımdır.
Mütəxəssislər gənc analara uşaqlarına ev şəraitində təzə sıxılmış şirəni verməyi məsləhət bilir. Hazır satılan meyvə şirələrini südəmər uşaqlara vermək qəti qadağandır. Uşağın içəcəyi qədər şirəni sıxmaq şirəçəkən maşın üçün çətinlik törədir. Belə ki, az miqdarda şirəni maşında sıxıb əldə eləmək mümkün olmur. Az miqdarda şirəni çəkmək üçün meyvəni sürtkəcdən keçirib tənzifdən süzmək lazımdır. 4 aylıq uşağa yeni qidanı əmzikli şüşə vaitəsilə vermək lazım deyil. Bu yaşında olan uşağa qidanın və ya şirənin qaşıq vasitəsilə verilməsi daha münasibdir. Şirəni südəmər uşaqlar üçün satılan xüsusi stəkanlarda da vermək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1335   Tarix: 02 iyul 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram həkim məsləhəti arıqlamaq dietası insani ariqladan qidalar qızartma reseptləri yumurtlama dovru kosmetika veten haqqinda bayatilar sevda baldiza aid haxisda rəksanə veten seirleri