44 yaşlı kişidən Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyib apardı, zorladı və..

44 yaşlı kişidən Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyib apardı, zorladı və..Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşdı

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.
İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Səlimə Mehdiyevanı (ad və soyad şərti verilib – red.) görüb.

Zorakılıq

Əhliman Əhmədov Səliməyə saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.
Bu zaman Səlimə Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

Zorlama və hədə-qorxu

Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Səlimə ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.
Əhliman Səlimədən baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

Azyaşlıdan şikayət və həbs

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.
Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.

Ciddi rejim: 9 il cəza

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

"Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm"

Hökmdən narazı qalan Əhliman Əhmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Əsassız şikayət

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apelyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.
Bundan sonra Əhliman Əhmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

Şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kasasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

Əhliman Əhmədov məktububnda göstərib ki, o, kasasiya şikayətinə baxılmasından imtina edir. Hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.
Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kasasiya şikatyətini baxılmamış saxlayıb.

mənbə: publika.az

Xəbərlər     Baxılıb: 1807   Tarix: 23 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bəhməzin içinə 1 qaşıq əlavə edin - Möcüzəvi faydanı görün

Sağlamlıq üçün faydalı olan bir çox təbii məhsullar arasında bəhməzin xüsusi yeri var. Amma onun təsirini qat-qat artıran bir qarışıq var ki, bu da soyuqdəymə, öskürək, balğam və zəif immunitetə qarşı əsl təbii müdafiə vasitəsidir

.

Bu tərəvəz bağırsaqları "motor" kimi işlədir, sümükləri "beton"a çevirir, qan şəkərini isə... - FOTO

Bir çox tərəvəzlər var ki, ilk baxışda diqqət çəkmir, hətta süfrədə kənarda qalır. Amma tərkibindəki vitamin, mineral və liflərlə bədən üçün əsl möcüzə sayılır. Türkiyə mətbuatına istinadən xəbər verir ki, görünüşcə kiçi

.

İnsanların cinsi münasibət zamanı və ya sonra dünyasını dəyişməsinin 6 ümumi səbəbi

Cinsi əlaqə zamanı və ya ondan sonra insanların həyatını itirməsinin bəzi tibbi səbəbləri mövcuddur. Bu hallar nadir olsa da, xüsusilə sağlamlıq problemləri olan şəxslər üçün risk yarada bilər. aşağıda bu cür ölümlərin ə

.

Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR - Bel-boyun hissələrdə

Uzanaraq kitab oxumağı rahatlıq və istirahət üçün ideal hesab edirsiniz? Bəs bu günahsız görünən vərdişin görmə qabiliyyətinizə, duruşunuza və bel-boyun ağrılarına səbəb ola biləcəyini bilirdinizmi?. xarici mediaya istinadə

.

Bu xəstəliklər qadınlarda insult riskini 2 dəfə ARTIRIR

50 yaşdan gənc yetkinlərdə miqren və digər qeyri-ənənəvi risk faktorları hipertoniya və ya yüksək xolesterin kimi ənənəvi səbəblərlə müqayisədə insult riskini iki dəfə artıra bilər. xəbər verir ki, bu barədə "Stroce"

.

MRT və KT ilə bağlı yenilik – Ödənişlər dəyişdi

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliyə əsasən, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan

.

Qızdırma ilə gəzməyə çıxmaq olar? Cavab çoxlarını təəccübləndirəcək

Soyuqdəymə və ya qrip bizi yaxalayanda, ilk əlamətlərdən biri adətən bədən temperaturunun qalxması olur. Bu zaman isə məntiqli bir sual ortaya çıxır: özümüzü pis hiss etsək də, təmiz havaya çıxmaq, gəzişmək olarmı?. xaric

.

Evin ən çirkli yerləri: heç ağlınıza da gəlməz

Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ən çox çirklənən yer - işıq düyməsidir! Onun səthində ailə üzvlərinin əllərindən keçən bakteriyalarla yanaşı, qida hissəcikləri və toz da toplanır.  evi

.

Bu səhər yeməyi super güc verir

Düzgün səhər yeməyi yemək sizi bütün gün üçün enerji ilə təmin etməklə yanaşı, sağlamlığınızı da yaxşılaşdıra bilər.  xəbər verir ki, bir çox insanlar səhər yeməyini günün ən vacib yeməyi hesab edir, çünki o, orqanizmi gün

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 adlarin menasi maskalar elm biliye aid atalar sözləri balıqqulağı qadini ehtiraslandiran sozler qrip və soyuqdəymə ariqla aysel masturbasiya namiq qaraçuxurlu tapmaca