6 aydır ki, yeriyə bilmirəm' - Avtomobil qəzasına düşən Ayla
"Artıq 6 aydır ki, yeriyə bilmirəm. Ağır zədə almışam... Amma hər gün mübarizə aparıram".
azxeber.com xəbər verir ki, bunu bir neçə ay öncə avtomobil qəzasına düşən müğənni Ayla Şiriyeva (rai. red ) sosial media hesabında yazıb.
O, aldığı zərbənin təsirindən 6 aydır ki, yeriyə bilmədiyini deyib:
"Əzizlərim, hələ də çoxunuz soruşursunuz: "Ayla, niyə hələ də yerimirsən?" Artıq 6 aydır ki, yeriyə bilmirəm. Ağır zədə almışam... Amma hər gün mübarizə aparıram. Və inanıram ki, Allahın izni ilə bir gün yenidən ayağa qalxacağam. Bunun üçün çox güclü olmaq lazımdır – və mən güclüyəm! Bilirəm ki, Allah məni sevir. Yaşadıqlarımın heç birindən peşman deyiləm. Allahdan gələn hər bir şeyə razıyam, hazıram.
Bir neçə müddət sonra yenidən status yazacağam – və o zaman artıq yeriyən bir Ayla olacağam. Özü də əvvəlkindən də güclü! Dualarınızı əskik etməyin… Sevinc dolu günlərdə görüşmək ümidi ilə!".
Xatırladaq ki, müğənni Şahdağ istirahətindən qayıdarkən buzlu yolda maşının aşması nəticəsində bir neçə rəfiqəsi ilə birlikdə ağır avtomobil qəzasına düşmüşdü.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın