Azərbaycan məşhur yapon serialında - Foto

Azərbaycan məşhur yapon serialında - FotoYaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq.
Serialın Azərbaycanda çəkilişləri başa çatıb.
Azərbaycan Turizm Bürosu (ATB) "Tokyo Broadcasting System Television, Inc." (TBS) ilə əməkdaşlıq çərçivəsində postprodakşn mərhələsinə dəstək göstərib.
Serialın auditoriyasına Azərbaycanı daha geniş tanıtmaq məqsədilə TBS və "Vivant"ın tanıtım kanalları vasitəsilə xüsusi kommunikasiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində sosial media paylaşımları, media və qəzet materialları, serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi məzmun, bələdçi kitabı, aktyorların iştirakı ilə televiziya proqramları və çəkilişlərin pərdəarxası görüntülərinin təqdim edilməsi nəzərdə tutulur.
Serialın ikinci mövsümü Yaponiyada TBS, U-NEXT və "TVer" platformalarında yayımlanacaq, daha sonra isə "Netflix" vasitəsilə beynəlxalq auditoriyaya təqdim olunacaq.
"Vivant" serialının ilk mövsümü Yaponiyada 60 milyondan çox tamaşaçıya çatıb. İkinci mövsümdə Azərbaycanın geniş təqdim olunması ölkənin təbii və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif turizm məkanlarına marağın artırılmasına xidmət edəcək.
Bundan əlavə, TBS ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində "World Heritage" proqramının çəkilişləri Azərbaycanda həyata keçirilib. Proqram vasitəsilə ölkənin turizm məkanlarının Yaponiyada tanıdılması istiqamətində iş aparılıb.
///oxu.az///
Azərbaycan məşhur yapon serialında - FotoAzərbaycan məşhur yapon serialında - Foto/ azxeber.com

Şou Biznes     Baxılıb: 1   Tarix: 17 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

turlar.az

geyim seçimi yay geyimləri 2026 adlarin menasi silikon sinə qidalanma qaydaları onkologiya toy ucun dizayn kosmetika novruz bayrami azerbaycan toy gecesi qiz adlari hakisdalar