"AAAF Park" "azərbaycanlı çoban"la bağlı yalan yazanlara : "Sizi Allaha tapşırıram" - FOTO

"AAAF Park" "azərbaycanlı çoban"la bağlı yalan yazanlara : "Sizi Allaha tapşırıram" - FOTOXəbər verdiyimiz kimi, "O səs Türkiyə" mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və "Azərbaycanlı çoban" kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərov, həmin günlərdə "AAAF Park" tərəfindən pulsuz qalması üçün otaqla təmin olunmuşdu. Daha sonra yerli KİV-də "AAAF Park" -ın çoban ifaçı Pərvin Səfərovu oteldən çıxarması ilə bağlı informasiya yayılıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir kii, "AAAF Park" -ın media direktoru Rəşad Əliyev sözügedən informasiyanın yalan olduğunu və həmin materialı yayanlara sərt münasibət bildirib:

"İnsan etdiyini deməz, amma həqiqəti deməyi özümə borc bilirəm. Ən azından Allah qatında işlədiyim müəssəsəyə qarşı vicdanı vəzifəmi icra etmək üçün: Pərvin Səfərov barəsində etdiklərim".

İnternetdə onun dəstək istəyini görmüş, səsini bəyəndiyim üçün və bir azərbaycanlı kimi ölkəmizi təmsil elədiyi üçün ona "facebook"da yazmışdım. Onu bura dəvət edib, lazımi köməyi edəcəyimizi dedim. O da bir tanışı ilə birlikdə gəldi. Onu AAAF Parkın təsisçisi ilə görüşdürdüm, qalmağına kömək etməyin lazım olduğunu bildirdim. O da razılaşdı və lazımlı addımların atılmasını tapşırdı. Öz növbəmdə Pərvin Səfərovdan burada nə qədər qalacağını və dərslərinin nə qədər davam edəcəyi ilə maraqlanmışdım. O da ilin sonunda və ya yeni ilin ilk həftəsində yarışmaya gedəcəyini demişdi. Hətta bir neçə müddət müəyyyən deyildi. Tez də ola bilər demişdi. O vaxta qədər müvəqqəti dərslər almalı olduğunu demişdi və dəstəyə ehtiyacı olduğunu bildirmişdi. Biz də onu Parkdakı otelimizdə yerləşdirdik, qalmaq məsələsini həll etdik. Türkiyəyə gedənə (yarışmaya) qədər orada rahat qala biləcəyini bildirdim. Hər prosesdə onun yanında olduğumu hiss etdirirdim. Bütün işimi gücümü kənara atıb bu insana dəstək olmaq üçün səfərbər olmuşdum. Bundan əlavə onun gündəlik yeməyini də pulsuz etdim və kafelərimizdən birində rahat qidalanmasını da özüm qarşıladım.

Xülasə, il bitdi, ayrıldı burdan. 20 Yanvar günü oteldən mənə məlumat gəldi ki, Pərvin Səfərov artıq bir neçə gündür buradadır, qalır. Təkrar geri gəlməsini xəbər vermədiyi üçün çaşmışdım. İnsan bir sms də yaza bilmir məgər? Mənimlə gəlsin görüşsün dedim. 2 gün sonra gəldi görüşdük. Hal-əhval tutduq, narahat olduğunu gördüm. Müsabiqədən kəsildiyini bilmirdim. Heç videonu dəfələrlə baxdığım halda görməmişdim. Yeni yerləşdirdiyini dedi birlikdə baxıb söhbət elədik. "Keçmiş olsun" dedim. Kefini pozmamasını bildirdim.

Niyə gələndə xəbər vermədiyini soruşdum. Ona "Heç olmasa, gələndə xəbər et, çünki otelin öz xərcləri var, prosedur qaydalarına riayət edək ki, rahat qala biləsən. Xəbərsiz etmə bu işləri" dedim. O da özlüyündə narahat etmək istəmədiyini dedi. Bir mesaj yaza biləcəyini vurğuladım. O isə susdu.. Bundan sonra nə edəcəyini soruşanda, təhsilini davam etdirəcəyini və ya səs yazmaq istədiyini bildirdi. Sənə burada lazımi şəraiti yarada bilərik, nə qədər burda qalacaqsan, nə lazım olacaq, nə vaxt qərarını verəcəksən deyə sual elədim? Mənə məlumat ver ki, mən rəhbərliklə danışım, sən burda qal. Sənə başqa dəstək də olarıq dedim. O isə, "Yaxşı, sizinlə yanaşı başqa bir adam vardı qalmaq barəsində, o da kömək edəcəkdi. O adamla da danışaram, xəbər edərəm" dedi. Mən də razılaşdım. Bir müddət sonra mənə mesaj atdı ki, "Mən danışa bilmədim adamla, bu gün qalım sabah çıxacam" dedi. Ok narahat olma dedim. Razılıq verdim. Sonra da gördüm ki, bir gün sonra səsli mesaj atıb ki, "...mən artıq oteldən çıxdım. Bilgin olsun". Cavabım "Ok, Allah amanında" oldu. Normal sağollaşdıq. Məsələ budur. Bu qədər dəstək olduğumuzu, yaxşılıq elədiyimiz adamın belə etməsinə sadəcə söz tapmaq olmur. Başa düşə bilmirəm ki, insanlar necə belə ola bilirlər?!"

Bir həkim xəstəni səhv müalicə edib öldürsə, tibbə düşmən olanlardan deyiləm… Ancaq görünən odur ki, yaxşılıq anlayışı insanlar üçün nisbidir..Həqiqəti Allah görür və ona görə ona həvalə edirəm".

Qeyd edək ki, sözügedən informasiyanı minval.info saytı yayıb.

"AAAF Park" "azərbaycanlı çoban"la bağlı yalan yazanlara : "Sizi Allaha tapşırıram" - FOTO

Xəbərlər     Baxılıb: 1549   Tarix: 26 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadın geyimi kabab reseptləri xina yaxdi sozleri nergiz pasayeva müsabiqələr kosmetika rus dilini oyrenek 2ci ders rus dili uzeyir balıq efsaneler