Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edirSəhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə və zədələnmə riski arta bilər.
Milli.Az xəbər verir ki, bu barədə fitnes mütəxəssisi İrina Maltseva xarici mediaya açıqlamasında danışıb. Onun sözlərinə görə, acqarına edilən məşqlərdə əsas məqam seçilən fiziki aktivliyin növüdür. Belə ki, 30-60 dəqiqəlik yüngül gəzinti, sakit tempdə qaçış, velosiped sürmək və ya dartınma hərəkətləri bədən üçün ciddi problem yaratmır.
Lakin ağır çəkilərlə məşqlər, sprint qaçışları, yüksək intensivlikli proqramlar, uzunmüddətli kardio və xüsusilə ayaq məşqləri acqarına icra olunduqda halsızlıq, başgicəllənmə və müxtəlif travmalarla nəticələnə bilər.
Mütəxəssis bildirir ki, yüngül səhər məşqlərindən əvvəl 300-500 ml su içmək kifayət edir. Əgər planlaşdırılan məşq daha intensivdirsə, 2-3 saat öncə normal qidalanmaq, minimum halda isə məşqdən bir saat əvvəl yüngül qəlyanaltı məsələn, qatıq və ya banan qəbul etmək tövsiyə olunur.
Bundan əlavə, ağır fiziki yüklənmədən əvvəl bədənin su balansına diqqət yetirilməlidir. Susuzluq orqanizmin tez bir zamanda maye itirməsinə səbəb ola bilər ki, bu da məşq zamanı performansı aşağı salır və sağlamlıq üçün risk yaradır.
Eyni zamanda qeyd olunur ki, səhərlər tez-tez başgicəllənmə, aşağı təzyiq, yuxu problemləri yaşayan şəxslər, eləcə də diabet xəstələri acqarına idmandan uzaq durmalıdırlar. Həmçinin alkoqol qəbulundan sonra, hamiləlik dövründə və xəstəlikdən sonra bərpa mərhələsində fiziki aktivlikdən əvvəl mütləq qida qəbul etmək tövsiyə edilir. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 933   Tarix: 07 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

qadın geyimi geyim necə seçməli adlarin menasi 2026 ci ilin debi sepkilere qarsi mualice sağlamliq qadınlarda erroziya kosmetika yutube oyunlar mikayıl abdullayev oxu az novruza aid hakışta