Acqarına qara istiot çeynəməyin faydaları

Acqarına qara istiot çeynəməyin faydalarıQara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur.
Milli.Az xəbər verir ki, səhərlər bir neçə ədəd dənəvər qara istiot çeynəmək mədəni rahatladır və həzm prosesini sürətləndirir. Bu, maddələr mübadiləsini canlandıraraq gün ərzində daha enerjili olmağınıza kömək edir.
İstiotun kəskin dadından çəkinənlər onu əzərək bir çay qaşığı balla qarışdırıb qəbul edə bilərlər.
Qara istiot antibakterial quruluşu sayəsində bağırsaqlardakı zərərli mikroorqanizmlərin azalmasına töhfə verir. O, bədəndəki toksinlərin xaric edilməsini sürətləndirir və bağırsaq florasını qoruyur.
Dənəvər qara istiot çeynəmək ağızdakı bakteriyaları məhv edərək pis ağız qoxusunun qarşısını alır. Eyni zamanda diş əti sağlamlığına da müsbət təsir göstərir.
Xüsusilə keçid fəsillərində xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Ənənəvi tibdə qara istiotun sarıköklə birlikdə istifadəsi tövsiyə olunur, çünki istiot sarıkökdəki kurkuminin sorulmasını 2000% artırır.
Üyüdülmüş qara istiotun su ilə istehlak edilməsi dərinin daxildən təmizlənməsinə kömək edir, sızanaqların yaranma riskini azaldır və dəriyə təbii parlaqlıq verir.
Hər bir faydalı məhsul kimi, qara istiotu da həddindən artıq istehlak etmək olmaz. Xüsusilə mədə yarası (xorası), qastrit və ya reflüks kimi həzm sistemi problemləri olan şəxslər acqarına istiot istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Səhər acqarına 2-3 ədəd dənəvər qara istiotu çeynəyib üzərindən bir stəkan ilıq su içmək kifayətdir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1212   Tarix: 11 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetik vasiteler aksessuarlar gelinlikler hamilelik halva reseptləri usaq oyuncaqlari yasil pomidor tutmasi kosmetika damla qoğalın nağlı baldiza aid haxisda sağlamlığın sirleri lakonizim