Aflatoksinin qarşısını almaq üçün nə etmək lazımdır?

Aflatoksinin qarşısını almaq üçün nə etmək lazımdır?Azərbaycan Qida Təhlükəszliyi İnstitutunun (AQTİ) mütəxəssisləri "Aflatoksinin qarşısını almaq üçün nə etmək lazımdır?" mövzusunda elmi məqalə hazırlayıb.
Ölkəmizin əlverişli iqlim şəraitinə və münbit torpağa malik olması, onun kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək potensialına təminat verir. Yüksək keyfiyyətə malik, ixrac qabiliyyətli, yerli və xarici bazarlarda rəqabətə davamlı məhsullar üzrə çeşidlərin artırılması olduqca vacib məsələdir. Ona görə də məhsul istehsalında və istehlakında innovativ və müasir texnologiyaların tətbiqi yolu ilə nailiyyətləri  artırmaq mühüm əhəmiyyətə malikdir.
Fındığın tərkibi zülal, karbohidrat, vitaminlər və yağ turşuları ilə zəngindir. Fındığın geniş istehlakının və tərkibinin qidalı maddələrlə zəngin olması onu faydalı hala gətirsə də, düzgün becərilməməsi və emal edilməməsi hallarında tərkibində kif göbələkləri əmələ gəlir ki, bunlar da öz növbəsində aflatoksin adlanan xüsusi toksinlər ifraz edirlər.
Bəs fındığın düzgün qaydada becərilməsi, yığılması, qurudulması, saxlanılması necə təmin olunmalıdır ki aflatoksin yaranmasın?
Fındığın əkilməsi üçün torpaq düzgün seçilməlidir. Şaxtaya və infeksiyalara davamlı sortlar əkilməli, cərgə və bitkiarası məsafə göbələklərin inkişafını ləngidən uyğun havalandırılmanı təmin etməlidir. Qrunt sularının səviyyəsi, ətraf mühit amilinin məhsula təsiri (məsələn, küləklə gətirilən və ya torpaqda olan çirkləndirici və tozlar), suvarma və digər məqsədlər üçün su təminatının olması nəzərə alınmalıdır. Hər vegetasiya dövründən əvvəl ağaclar uyğun şəkildə budanmalı və müvafiq pestisidlərlə işlənməlidir. Torpaq, göbələyin inkişafına şərait yaradan bitki və qalıqlardan təmizlənməli, kif və ya digər göbələk sporlarının yayılmasına səbəb olan bağətrafı torpaqlar şumlanmalıdır.
Fındıq silkələnərək yığılırsa, bu halda yerə tökülmənin qarşısını almaq üçün ağacın altına örtük və ya brezent materiallar salınmalıdır. Fındıq yağışlı havalarda yığılıb yaş halda kisələrə doldurulmamalı və neylon kisələrdə saxlanılmamalıdır. Yerə tökülən fındıq dərhal toplanmalı, yarpaq, budaq, çürüklər, həşərat və kənar materiallardan təmizlənməli, patozlanan fındıq isə tez bir zamanda qurudulmaq üçün nəzərdə tutulan quru sahəyə sərilməlidir. Sərilərkən yağışdan qorunması məqsədilə üzərində ən azı 20-30 sm hündürlükdə çardaq düzəldilməli, 3-4 saatdan bir qarışdırılaraq quruması təmin edilməlidir.
Fındığın qərzəyindən ayrılması prosesi mümkün qədər tez həyata keçirilməlidir. Qərzəyindən ayrılmış fındıq qısa müddət ərzində qurudulmalı və nəmliyi 6%-dən çox olmamalıdır. Qurudulmuş fındıq kisələrə isti halda yığılmamalıdır. Bu proses səhər tezdən və ya axşam saatlarında həyata keçirilməlidir. Fındığın polietilen və neylon kisələrə yığılması yolverilməzdir. Çünki bu qablaşdırma materialları hava keçirmədikləri üçün fındığın kiflənməsinə, tərkibində nəmliyin artmasına və nəticədə aflatoksinin yaranmasına səbəb olur. Ona görə də fındıq hava keçirən kətan-kənaf kisələrə yığılmalıdır. Parazitlərlə yoluxma, çürümə əlamətləri və digər qüsurlar varsa, fındıq emal edilməməlidir.
Emal zavodu ərazilərində qabığından ayrılma, çeşidləmə, hazırlıq, qurutma, saxlanılma sahələrində istifadə olunan avadanlıqlar çirkləndirici materiallardan azad olmalıdır. Daşınma zamanı istifadə olunan konteynerlərdə çatlar və deşiklər olmamalıdır. Kisələr arasında hava axını nəzərə alınmaqla quru, təmiz, fındıq üçün yoluxma riski olmayan maşınlarla anbarlara daşınmalıdır.
Anbarlarda  hava axını təmin edilməli, mikroiqlim quru və sərin olmalıdır. Əgər məhsul müvəqqəti saxlanılarsa, temperatur 15-20°C-dən, uzunmüddətli saxlanılarsa, 0-10°C-dən, nəmlik isə 70%-dən artıq olmamalıdır.
Göstərilən şərtlərə əməl edilmədiyi halda aflatoksinin yaranması qaçılmazdır və fındığın qidalılıq tərkibinin dəyişməsinə, ümumi yağ miqdarının azalmasına, zülalların parçalanmasına, rənginin dəyişməsinə, xoşagəlməz qoxuya, dada və çəki itkisinə gətirib çıxara bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1695   Tarix: 07 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli qadin sayti tərbiyə tecavuze ugrayan qadinlar uşaqlara yemək hazırlama seks hekayələri 2026 kosmetika xerçeng qurd xəstəliklərinə qarşı mualicə lakonizm bayatı sevgi