Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb" - Nadir Qafarzadə
"Ağadadaş müəllimin görüntülərini gördüm. Heç istəməzdim belə bir şey olsun. Çünki hər zaman tərbiyəli, yerini bilən və ixtisasca müəllimdir. İllərdir sənətdədir və yaşı 70-ə yaxınlaşır. Xəstədir, illərdi Türkiyədə müalicə alıb. Onun özünü böyük kimi aparmasını görmüşəm. Valideynlərimiz deyib ki, böyüklərin hörmətini saxlayın. Səhvi olsa belə, ona hörmət edin. Sakit adamdı, onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən deyib. Sənətçi A.Ağayevin xəstə olduğunu, onun əsəblərinin yerində olmadığını bildirib:
"Hətta günah Ağadadaş müəlimdədirsə belə ona nazik davranmaq lazımdır. Hamımız yaşlanacağıq. İnsan hövsələdən çıxıb. Xəstəlikdən sonra travma qala, əsəbləri yerində olmaya bilər. İnsan yavaş-yavaş yaşlanır. Deməyin, balta çəkir. Onu görmədim. Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb. Hörmət edib, ağsaqqala əl qaldırmaq olmaz. İndi müasirlikdir, deyirlər ağsaqqalı da, ağbirçəyi də döymək lazımdır. İndi avtobusda da böyüyə yer vermirlər".
Ağadadaş müəllim, bu halınıza məyus oldum. Sizi belə görmək istəməzdim. / azxeber.com









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Sudan sonra ən sağlıqlı içki AÇIQLANDI
Həmin qidaları soyuducuda saxlamaq olmaz - SİYAHI
Ən riskli qırmızı ət növü açıqlandı
Aspirin gizli qanaxmaya səbəb ola bilər - Ciddi XƏBƏRDARLIQ
Elə bilirəm yuxudayam, oyanacam, möcüzə baş verəcək' - Nura
Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik
Qapıya papaq atmaq olmaz' - Zaur Nəbioğludan irad