Ağcaqanadlar ən çox bu qan qrupundan olan insanları "yeyir"
Yaponiyada aparılan araşdırma ağcaqanadların ən çox hansı insanlara hücum etdiyini üzə çıxarıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə ağcaqanadlar ən çox 0 qan qrupuna sahib insanları dişləyir. Bu qrupdakılar A qan qrupuna malik olanlara nisbətən iki dəfə artıq risk altındadır. B qan qrupu isə orta risk səviyyəsindədir.
Araşdırma yalnız dişi ağcaqanadların dişlədiyini və bunun əsas səbəbinin bədəndən yayılan kimyəvi maddələr olduğunu göstərib. Florida Universitetindən entomoloq Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü siqnal karbon qazıdır. Metabolizması sürətli olanlar daha çox karbon qazı ifraz etdiyi üçün onlar ağcaqanadlar üçün daha cəlbedici olur.
Ağcaqanadlar karbon qazını 60 metr məsafədən hiss edə bilir. Bundan başqa, bədən istiliyi, idman zamanı ifraz olunan laktik turşu, dərialtı qan damarları və hətta geyim rəngi belə bu həşəratların seçiminə təsir edir. Tədqiqatçılar qara və digər tünd rəngli paltar geyinənlərin daha tez hədəf olduğunu bildirir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi