Alça yedikdən sonra bunlara diqqət edin
Yay aylarının sevilən meyvələrindən biri olan alça həm ləzzətli, həm də faydalıdır.
Lakin mütəxəssislər alça və digər turş meyvələrin istehlakından sonra diş sağlamlığını qorumaq üçün bəzi vacib tövsiyələr verirlər.
Dişlərinizi dərhal fırçalamayın
Milli.Az xəbər verir ki, xüsusilə turş və şəkərli qidalar, eləcə də qazlı içkilər qəbul etdikdən sonra dişləri dərhal fırçalamaq tövsiyə olunmur. Çünki bu qidalar və içkilər diş minasını zəiflədir və onu eroziyaya məruz qoyur.
Araşdırmalar göstərir ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edən şəxslərdə diş eroziyası riski digərlərlə müqayisədə 37 dəfə çoxdur. Həftədə bir dəfədən artıq alma sirkəsi və ya idman içkisi içənlər, gündəlik qazlı içki qəbul edənlər də yüksək risk qrupuna daxildir. Bu vərdişlər diş minasının zədələnmə ehtimalını 4-10 dəfə artırır.
Diş minasını necə qoruyaq?
Diş həkimləri məsləhət görür ki, turş və ya şəkərli məhsullar qəbul etdikdən sonra dişlərin dərhal fırçalanması əvəzinə, bir qədər gözləmək daha doğrudur. Bu cür qidalar diş minasını müvəqqəti olaraq yumşaldır və həmin an fırçalama minanın daha da zədələnməsinə səbəb ola bilər. Bu halda dişlər turşunun təsiri ilə daha çox aşınır və həssaslaşır.
Ən düzgün yanaşma - dişləri yeməkdən sonra 1-2 saat keçdikdən sonra fırçalamaqdır. Ən ideal vaxt isə gecə yatmazdan əvvəl dişləri təmizləməkdir.
Sadə, amma təsirli bir üsul
Alça və digər turş meyvələr yedikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. Ardınca bir stəkan adi su için. Bu, ağızdakı turşu miqdarını azaldaraq dişlərinizi qorumağa kömək edəcək.
Unutmayın, düzgün vərdişlərlə həm sağlam qidalardan zövq ala, həm də diş sağlamlığınızı qoruya bilərsiniz!
Kənan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi