Alimlər dünyada nə qədər insanın piylənmədən əziyyət çəkdiyini hesablayıblar

Alimlər dünyada nə qədər insanın piylənmədən əziyyət çəkdiyini hesablayıblar1 500-dən çox alimdən ibarət beynəlxalq qrup müəyyən edib ki, bütün dünyada piylənmədən əziyyət çəkən uşaq, yeniyetmə və böyüklərin ümumi sayı 1 milyardı keçib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Lancet" elmi jurnalında dərc olunan analitik hesabatda deyilir.
Araşdırmaya görə, 1990-cı ildən 2022-ci ilə qədər uşaqlar və yeniyetmələr arasında qlobal piylənmə göstəriciləri dörd dəfə artıb.
Yetkinlər arasında piylənmə nisbəti qadınlarda iki dəfədən çox, kişilərdə isə təxminən üç dəfə artıb. 2022-ci ildə ümumilikdə 159 milyon uşaq və yeniyetmə və 879 milyon böyük (504 milyon qadın və 374 milyon kişi) piylənmə ilə yaşayır.
2022-ci ildə çəkidən azlıq və piylənmənin ən yüksək birləşdiyi ölkələr Sakit okean və Karib hövzəsi ölkələri, həmçinin Yaxın Şərq və Şimali Afrika olub.
"1990-cı ildə dünyanın əksər ölkələrində böyüklər arasında müşahidə olunan piylənmə epidemiyasının indi məktəb yaşlı uşaqlara və yeniyetmələrə təsir etməsi çox narahatedicidir. Eyni zamanda, yüz milyonlarla insan hələ də qida çatışmazlığından əziyyət çəkir, xüsusən də dünyanın ən kasıb yerlərində.
Sağlam qidaya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, qida çatışmazlığının hər iki forması ilə uğurla mübarizə aparmaq həyati əhəmiyyət kəsb edir", - London İmperial Kollecindən professor Məcid Ezzati bildirib.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1786   Tarix: 09 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 yay geyimləri 2026 onkoloji xəstəliklər toy ucun qisa donlar çolkalı saç modelleri sarimsaqin xeyri kosmetika gözəllik novruz bayramına aid hakıştalar kəlamlar prostat qaynana hakista