Allergiyanın koronavirusdan fərqi: Onları necə ayırd etmək olar? Professordan CAVAB

Allergiyanın koronavirusdan fərqi: Onları necə ayırd etmək olar? Professordan CAVAB"Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən allergiya dəridə müxtəlif ölçüdə və formada səpkilərlə, qaşınma ilə, immun sistemi tərəfindən zəifliklə, selikli qişaların şişkinliyi ilə özünü biruzə verə bilər".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında özünü büruzə verir:
"Bura aiddir pollinoz (bitkilərə qarşı həssaslıq), allerqik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida allerqiyası və s. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında "Bahar xəstəliyi" və yaxud "Bahar katarı" adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, gözündən su axır, gözlər qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Misal üçün, çiyələk, gilas, ərik, şaftalı, tut və s. göstərmək olar. Allerqenlər insan orqanizminə dəridən, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra büruzə verə bilər".
A. Əyyubovanın sözlərinə görə, allergik xəstəlikləri son aylarda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir:
"Burada bizə düzgün toplanan anamnez kömək edir. Yəni allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur, əsas tərkibi gözlə görünməyən gənədir. Onları törədən xəstəliklər (bronxial astma, atopik bronxial astma) bütün il boyu qeyd edilir.
Amaliya Əyyubova qeyd edir ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir:
"Bayıra çıxmamaq xəstəliyin inkişafına və özünü biruzə verməsinə maneə törədir. Bu ərəfədə bizə, yəni allergoloqlara müraciət xeyli azalıb. Əlbəttə allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar və bunun nə ilə nəticələnəcəyini demək olmur. Buna görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın".
Professor A. Əyyubova mövsümi allergiyadan qorunmaq üçün küləkli havada havaya çıxmamağı, evdə pəncərələrə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş əski ilə silməyi, evdə tozsoran işlətməməyi, yaş əski ilə döşəmələri silməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi tövsiyə edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1160   Tarix: 28 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun