Gecələr tez-tez ayılırsınıza - Bu qidalardan yeyin
Alimlər meyvə və tərəvəz istehlakının artırılmasının yuxunun keyfiyyətinə əhəmiyyətli şəkildə müsbət təsir etdiyini müəyyən ediblər.
Milli.Az xəbər verir ki, ABŞ-nin №University of Chicago" və "Columbia University" tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə gündə müəyyən qədər meyvə və tərəvəz qəbul edən şəxslərdə yuxunun fasiləsizliyi və dərinliyi artır, nəticədə yuxunun keyfiyyəti gecə ərzində təxminən 16 % yaxşılaşır.
Tədqiqat çərçivəsində sağlam gənc yetkinlər gündəlik olaraq istehlak etdikləri qidaları mobil tətbiq vasitəsilə izləyib, başqa tərəfdən isə biləklərdə taxılan monitorlarla yuxu keyfiyyəti ölçülüb. Alimlər "yuxu kəsilməsi indeksi"ni əsas götürərək müəyyən ediblər: az meyvə-tərəvəz qəbul edənlər yuxu ərzində daha tez-tez oyana və ya yuxunun yüngül mərhələsinə keçə bilirlər.
Mütəxəssislər qeyd ediblər ki, meyvə və tərəvəzlər yalnız gün ərzində deyil, o gecə üçün də dərhal müsbət effekt göstərə bilər. Onlar dietada kiçik dəyişikliklərin yuxunun keyfiyyətinə əhəmiyyətli təsir edə biləcəyini vurğulayırlar.
Yəni, gündəlik rejiminizə meyvə-tərəvəzləri əlavə etmək yalnız sağlamlıq üçün deyil, gözəl və dərin yuxu üçün də faydalıdır.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO