AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilər

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilərAMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Akademiyadan Milli.Az-a verilən məlumata görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.
Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 4191   Tarix: 23 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

geyim seçimi geyim şəkilləri qadin dunyasi varikosel oğlanlar necə qızları sevirlər nagillar veten haqda atalar sözləri kosmetika arxadan olmag şəkərbura balıq seksual qiz adlari