Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert

Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsertXalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, sənətkarın sözlərinə görə, üç gün davam edən konsert proqramı hər gün tamaşaçıların böyük marağı ilə qarşılanıb və bütün biletlər satıldığı üçün anşlaqla keçib.
Konsert proqramı təkcə Eyyub Yaqubovun dillər əzbəri olan mahnıları ilə deyil, həm də xüsusi hazırlanmış səhnəciklərlə yadda qalıb. Tamaşaçılara təqdim olunan bu səhnəciklər sənətkarın uşaqlıq illərindən başlayaraq bu günə qədər keçdiyi həyat və sənət yolunu əks etdirib. Kövrək məqamlarla zəngin olan səhnəciklər konsertə xüsusi rəng qatıb.
Gecə ərzində Eyyub Yaqubov repertuarının ən sevilən mahnılarını səsləndirib. Sarayı dolduran tamaşaçılar isə bütün mahnıları sənətkarla birlikdə bir ağızdan oxuyaraq konsertə unudulmaz ab-hava bəxş ediblər.
Üç gün ərzində davam edən möhtəşəm konsert proqramının sonunda tamaşaçılar Xalq artistini alqışlarla yola salıblar. Səmimi atmosferi, yüksək peşəkarlıqla hazırlanan səhnə quruluşu və kövrək anları ilə yadda qalan konsert Eyyub Yaqubovun sənətinə olan böyük sevginin və tamaşaçı rəğbətinin növbəti dəfə bariz nümunəsi olub.

Şou Biznes     Baxılıb: 1126   Tarix: 07 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçi 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyətindən 6 il sonra sözügedə

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?

"Eşref Rüya" serialının finalından sonra pərəstişkarları təəccübləndirən xəbər yayılıb. "Eşref Tek" adlı layihənin Prime Videoda yayımlanacağı anons edilib. . Onun "Eşref Rüya"nın birbaşa davamı

.

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

.

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

.

Elnarə Abdullayeva nənə olacaq

Əməkdar artist Elnarə Abdullayeva nənə olacaq. xəbər verir ki, bu barədə aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində məlumat verib. O bildirib ki, xanəndənin qızı Xədicə ana olmağa hazırlaşır. E.Abdullayev

turlar.az

toy makiyaji sekilleri gozel gorunmek geyim seçimi salatlar və qəlyanaltılar meslehetler duxovkada toyuq qizartmasi mürəbbə reseptləri kosmetika faydalı məsləhətlər sağlamlığa aid atalar sözləri vetene aid bayatilar vusale elizade vətən haqqında bayatılar