"Apple"in telefonu 6 yaşlı qızın ölümünə səbəb oldu-FOTO
Ailə qəza nəticəsində həyatını itirən qızına görə Apple-ı məhkəməyə verdi
Amerikada yaşayan ailə qəza nəticəsində həyatını itirən qızına görə "Apple"ı məhkəməyə verdi. Avtomobil qəzası bir ailənin 5 yaşlı uşağının ölümünə səbəb oldu.
Qadınsaytı.az İstiPress-ə istinadən xəbər verir ki, hadisə 2014-cü ildə Dallas şəhəri yaxınlığında olub. 5 yaşlı Moriah Modisettenin ailəsi tıxaca görə avtomobili yavaş idarə etməyə başlayıb və bu zaman adı açıqlanmayan 20 yaşlı gənc sürətlə onlara çırpılıb. Qəzada ailənin 5 yaşlı qızı həyatını itirib.
İşin maraqlı tərəfi isə baş verən hadisəyə görə ailə "Apple"ı məhkəməyə verib. Səbəb isə 20 yaşlı gəncin maşını idarə edərkən "iPhone 6" ilə "FaceTime" üzərindən görüntülü söhbət etməsi olub.
Polislər gələnədək "FaceTime" hələ də aktiv olub. Ailə üzvü 2008-ci ildən bu yana "FaceTime" ilə görüntülü söhbəti maşın sürərkən deaktiv edən texnologiyanın mövcud olduğunu və "Apple"ın bu texnologiyanın patentinə sahib olduğunu bildirib.
Zərərçəkən tərəf buna görə də "Apple"ı məhkəməyə verib. Onlar bildirib ki, "Apple" bu texnologiyanı aktiv etsəydi qəza baş verməzdi.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR