Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Arı sancması hansı halda ölümə səbəb ola bilər?Çox nadir hallarda olsa da arı sancması ölümə səbəb ola bilir.
Bəs insan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?
Saglamolun.az bildirir ki, həkimlərin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının zəhəri deyil. Bu zəhərin həm təsiri, həm də miqdarı azdır. Zəhərin kimyəvi tərkibi də biokimyəvi maddələrlə zəngin deyil.
Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Lakin hətta belə halda da çox vaxt ölüm baş vermir.
Arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olarsa, orada dil və ya digər yumşaq toxumaları sanca və güclü allergik reaksiya (anafilaktik şok) yarada bilər. Belə reaksiya əsasən ari və arı məhsullarına həssas olan insanlarda inkişaf edə bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur.
Arı sancmasından dərhal sonra ilk yardım məqsədi ilə insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bu dərmanı allergiyaya meylli olmayan insana da vermək lazımdır. Xüsusilə də zərərçəkmiş uşaqdırsa.
Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.
Zədələnmiş yeri axar su ilə yuyun, istənilən antiseptik ("perekis", spirt və s.) vurun.
Zərərçəkmişə bol maye (isti şirin çay, kompot və s.) verin.
Əgər arının sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.
Zərərçəkmiş allergiyaya meyllidirsə, onu ilk yardım göstərdikdən dərhal sonra xəstəxanaya çatdırmaq lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1475   Tarix: 10 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

reseptler donlar 2026 yaz geyimleri 2026 seks poza şəkilləri peraski cudu xına bəzəkləri manikür və pedikür kosmetika vətən haqqında bayatı vusale elizade cinsi əlaqə englishdilində qulaq haxışda