Arıqlama zamanı kalori saymağın fəsadları

Arıqlama zamanı kalori saymağın fəsadları"Arıqlamaq istəyərkən kalori saymaq çox vaxt nevrozlara və daimi olaraq pəhrizin pozulmasına gətirib çıxarıb".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı qastroenteroloq və diyetoloq Nuriya Dianova deyib.
Mütəxəssis bildirib ki, düzgün və sağlam arıqlama məhsulların seçimində seçiciliyə və onların qida rasionunda düzgün kombinasiyasına əsaslanmalıdır. Diyetoloq qeyd edib ki, kalori hesablanmasına əsaslanaraq normanı saxlamağa çalışaraq, insan istədiyi hər şeyi yeyir. Həkimin fikrincə, bu yanaşma pozulmalara, psixoloji problemlərə və "yo-yo" effektinin (gedib-gələn) yaranmasına gətirib çıxarır - gün ərzində insan demək olar ki, heç nə yemir və axşam aclığını yatırmaq üçün çoxlu yeyir.
Həkim qeyd edib ki, lazımi maddələrin çatışmazlığı və məhdudiyyətlər səbəbindən diyet pozulur. Onun sözlərinə görə, gündəlik kalori normasını tamamlamaq üçün bir çox insan rasionunu yanlış təşkil edir.
"Məsələn, insan səhər yeməyində çoxlu yağlar, şirniyyatlar və sürətli karbohidratlar yeyir və günün qalan hissəsinə 300 kalori qalır. Gün ərzində o, yalnız tərəvəz yeyir və su içir - gec-tez bu, pozulmaya səbəb olacaq", - "RIA Novosti" mütəxəssisdən sitat gətirib.
Dianova qida rasionunu təşkil edərkən "boşqab qaydasından" istifadə etməyi məsləhət görüb. Bu üsula görə, boşqabın yarısı tərəvəzlərdən, dörddə biri - zülallı qidalarından və eyni miqdarda - kompleks karbohidratlardan ibarətdir. Həmçinin o qeyd edib ki, boşqabın kiçik bir hissəsi meyvə və giləmeyvələrə ayrılmalıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1401   Tarix: 31 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

hamiləlik kosmetika mehsullari həkim məsləhəti hicablı xanımlar küftələr əməliyyatlar əlibala hacızadə kosmetika baldıza aid hakışta pizza novruz hakışdaları birlik haqqinda cantalar