Arvadını evində xalası oğlu ilə yataqda tutdu, ağzından güllələdi - Azərbaycanda namus cinayəti

Arvadını evində xalası oğlu ilə yataqda tutdu, ağzından güllələdi - Azərbaycanda namus cinayətiŞamaxı rayonunda xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Əmrah İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Əmrah İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.

Qeyd edək ki, ötən ilin sentyabrın sonlarında Əmrah İbrahimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən il sentyabrın 16-da Şamaxı rayonu, Pirbəhli kənd sakini Əmrah İbrahimov evə gələn zaman həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mixək İbrahimovanı xalası oğlu, Quba rayon sakini, 19991-ci il təvəllüdü Şirinbala Mövlamovla tutub.

Bu zaman Əmrah İbrahimov ov tüfəngi ilə arvadını qarın nahiyəsindən, sevgilisi olan Şirinbala Mövlamovu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Şirinbala Mövlamov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib.

Mixək İbrahimovaya isə tibbi yardım göstərilib.

Daha sonra cinayəti törədən Əmrah İbrahimov polis şöbəsinə gələrək, könüllü təslim olub.

İstintaqın gəldiyi qənaətə görə, Əmrah İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub.

Lakin həmin zaman otaqda olan uşaqlar ona analarını vurmaması üçün yalvarıblar.

Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib. Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub.

İstintaqa ifadə verən Əmrah İbrahimov ittihamı qəbul etməyib. O deyib ki, hadisə günü Əmrah İbrahimov dörd yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib. Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər.

Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar.

Əmrah gecə saat 02.00-da oyanıb və arvadının yanında olmadığını görüb. Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib.

Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb.

Əmrah səhər təxminən saat 06.00-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07.30-da evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib.

Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər. Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib.

Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib. Bu zaman Əmrah tüfəngdən atəş açılarsa, qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib.

Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

Əmrah İbrahimovun oğlundan, başqa 12 və 14 yaşlarında iki qızı var.

İstintaq orqanı tərəfindən Əmrah İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Hazırda bu cinayət işi üzrə Şamaxı rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.

Xəbərlər     Baxılıb: 2065   Tarix: 08 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

maskalar gozel gorunmek aksessuarlar arvaddan icaze kagizi turşu resepti usaq masajlari qadın ətirləri kosmetika efsaneler sac modelleri cantalar janrlar atalar sözü