Astarada "Tarzan" peyda oldu - video+fotolar
Astara sakini, 55 yaşlı Babaxan Rəhmanov hərəkətləri ilə görənləri heyrətləndirir.
Qadınsaytı.az-ın məlumatına görə, o, bir neçə metr hündürlüyü olan ağaca çox rahat şəkildə çıxır, bir ağacdan digərinə hoppanır. Elə bu səbəbdən ona el arasında "Tarzan Babaxan" deyilir.
Babaxanın digər xüsusi bacarığı isə meşələrin ən əlçatmaz zirvələrini yaxşı tanımasıdır. Vəhşi təbiətdən qorxmayan bələdçiyə vaxtilə bu işdə atası yaxından kömək olub. Onun el arasında ikinci adı isə "Bəbir Babaxan"dır. Bunun da səbəbi onun bəbirlərə olan sevgisidir.
"2 balalı və 3 balalı bəbirləri görmüşəm. Bəbirləri görmək üçün yuvalarına kimi gedib çıxmışam. Onlar çox gözəldirlər. Təbiət çox gözəl yaranıb", - deyə Babaxan bildirib.
O, bələdçilik qabiliyyəti ilə həm də Amerikanın məşhur "National Geographic Wild" telekanalının "Avropanın son bəbiri" adlı filmin çəkilişləri zamanı yaradıcı heyətə yaxından köməklik edib.
"Bəbir adam"ın qeyri-adi istedadına təəccüblənən ekspedisiya üzvləri Avropada nəsli tükənməkdə olan bəbirlərin görüntülərini məhz Babaxan Rəhmanovun köməkliyi ilə əldə ediblər.
"Babir adam"ın sözlərinə görə, filmin yaradıcı heyətinin diqqətini çəkən digər maraqlı məqam isə, Babaxanın bu sahədə heç bir təhsili olmadan heyvanların izlərini rahatlıqla müəyyən edə bilməsidir.
Rəhmanovun ən böyük arzusu bəbirlərin nəslinin artırılmasıdır. //Axşam.az
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?