"Atamla birgə yaşamaqdan qorxuram" - 10 yaşlı Nuray
"Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq".
Bunu APA-nın yerli bürosuna açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova deyib. O bildirib ki, 2010-cu ildə bacısı uzun sürən xəstəlikdən sonra vəfat edib: "2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib".
M. Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də Mehriban və onun həyat yoldaşı Eldar Eldarov Quba Rayon Məhkəməsinə çağırılıb. Qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.
2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. O deyib ki, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.
Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.
Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğöu video yayılıb.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR