Avtoxuliqan Elnarə Əbiyevə Azərbaycanda üzə çıxdı: "Polisi 500 metr yox, 1500 metr sürümüşəm-VİDEO

Avtoxuliqan Elnarə Əbiyevə Azərbaycanda üzə çıxdı: "Polisi 500 metr yox, 1500 metr sürümüşəm-VİDEOUkraynanın Lvov şəhərində yol hərəkəti qaydalarını kobud pozduğu üçün onu saxlamış patrul polisindən birini vurub yıxan, digərini kapotun üstündə küçə boyu sürüyən azərbaycanlı avtoxuliqan Elnarə Əbiyevə üzə çıxıb. Virtualaz.org xəbər verir ki, life.ru internet vasitəsilə E.Əbiyevə ilə danışıb, ondan həm özü, həm törətdiyi əməl barədə soruşub.

Xatırladaq ki, bu hadisə Ukraynada geniş ictimai rezonans doğurub. E.Əbiyeva idarə etdiyi "Pageout 208" avtomobili ilə qarşı hərəkət zolağına çıxıb və tramvay yoluna daxil olub. Bu vaxt patrul polisi onu saxlayıb. Lakin azərbaycanlı avtoxuliqan polisin tələbinə tabe olmayıb və qaza basaraq onlardan birini vurub yıxıb. Ardınca maşını digər polisin üstünə sürüb, amma polis onun maşınının kapotundan yapışaraq avtoxuliqanı saxlamaq istəyib. E.Əbiyeva polisi bu vəziyyətdə küçə boyu sürüyüb. Daha sonra tormoza basaraq onu yolun kənarına atıb və uzaqlaşıb. Polis xəsarət alıb.

Hadisə ilə bağlı Lvov prokurorluğu cinayət işi qaldırıb və E.Əbiyevanın barəsində həbs qətimkan tədbiri seçib. Lakin onun Ukraynanı tərk etdiyi məlum olub. Bəzi məlumatlara görə E.Əbiyeva Bakıdadır. Çünki Yeni il bayramında Bakıdan, Qız qalasının yanından foto paylaşıb. Onun barəsində bu həftə axtarış elan olunacağı gözlənilir. Əbiyevanı polisə xəsarət yetirdiyi üçün beş ilədək həbs gözləyir.

E.Əbiyeva life.ru-ya bildirib ki, hadisədən sonra Ukraynanı tərk edib və Azərbaycanın hüdudları daxilindədir. Lakin dəqiq harada olduğunu deməyib. Onun dediyinə görə, hər şey 10 dəqiqənin ərzində baş verdi. "Məni "miqalka" ilə saxladılar. Polislər düşüb sənəd təqdim etməli idi, amma bunu etmədilər. Məndən sənəd tələb etdilər, vermədim. Yüksək tonda danışmağa başladılar. Şüşəni bağladım və çalışdım ki, əsəbiləşməyəm. Axı mən qaynar qanlı qızam. Onlar yenidən şüşəni döyəclədillər, mən yenə polislərdən sənəd istədim. Təqdim etmədilər, əvəzində maşına yumruq vurmağa başladılar. Cavab olaraq qaza basdım"-Əbiyeva danışıb.

Dəliqanlı qız deyir ki, onu saxlayan polislər iki yox, üç nəfər olublar. O isə tək idi. "Mən özümü müdafiə etmişəm. Başa düşdüm ki, hərəkət edə bilərəm və qazı basdım. Başa düşmürəm ki, necə olub dörd patrul maşını məni qovub, amma saxlaya bilməyib"-Əbiyeva deyir.

Azərbaycanlı avtoxuliqan bildirir ki, Ukrayna hüquq-mühafizə orqanlarının dediyi kimi o, polisi kapotun üstündə 500 metr yox, 1500 metr sürüyüb. "Sonra ona yazığım gəldi, tormoza basdım və dedim: "Düş kapotdan, mən gedirəm". Cavab olaraq o, mənim maşınımın ön şüşəsinə yumruq vurmağa başladı".

Əbiyeva deyir ki, KİV-lər əhvalatı təhrif ediblər. Əslində həmin polisin ayağı yox, əl barmağı sınıb. Və indi onu bu sınan barmağa görə Ukraynada 5 ilədək həbs gözləyir. Təbii ki, Əbiyeva Ukraynaya qayıdıb polisə təslim olmaq niyyətində deyil.

Azərbaycanlı avtoxuliqan bildirir ki, Ukrayna hüquq-mühafizə orqanlarının dediyi kimi o, polisi kapotun üstündə 500 metr yox, 1500 metr sürüyüb. "Sonra ona yazığım gəldi, tormoza basdım və dedim: "Düş kapotdan, mən gedirəm". Cavab olaraq o, mənim maşınımın ön şüşəsinə yumruq vurmağa başladı".

Əbiyeva deyir ki, KİV-lər əhvalatı təhrif ediblər. Əslində həmin polisin ayağı yox, əl barmağı sınıb. Və indi onu bu sınan barmağa görə Ukraynada 5 ilədək həbs gözləyir. Təbii ki, Əbiyeva Ukraynaya qayıdıb polisə təslim olmaq niyyətində deyil.

"Mən həbsdən qorxmuram. Alnıma yazılıbsa bu da olacaq. Belə vəziyyətdə mənə görə əziyyət çəkənlərə yazığım gəlir. Nəyə görə polis istədiyini etməlidir?"-o deyir.

E.Əbiyevanın dediyinə görə, o hüquqşünasdır, firmalardan birində işləyir. Atası biznesmendir, özü bir neçə dildə bilir. Xasiyyətcə dəliqanlıdır, bu səbəbdən oğlanlarla sevgi münasibətləri yaxşı alınmır. Əbiyeva azyaşlı qızının Lvovda qaldığını bildirir. Deyir ki, onu özüylə gətirə bilməyib, çünki uşaq məktəbə gedir.

virtualaz.org

Xəbərlər     Baxılıb: 2007   Tarix: 15 yanvar 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

hamiləlik yemek reseptleri qaşların formalari ehtiraslı şəkillər intim pozalar cantalar 2026 ziyafət geyimləri 2026 kosmetika şirin qoğal novruz bayramına aid hakışda salam opusme hakistalar