Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır? Qarşısını necə alaq?

Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır? Qarşısını necə alaq?Elə xəstəliklər var ki, müəyyən fəsillərdə özünü daha da qabarıq büruzə verir. Məsələn, yay aylarında dəri xəstəlikləri daha geniş yayılır. Nəm və rütubətli mühit də bir çox infeksion xəstəliyin yayılmasının əsas səbəblərindəndir. Belə mühitdə ən çox yayılan xəstəlik ayaq göbələyidir.Xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa, bütün bədən səthinə yayıla bilər.  Bütün dermatoloji xəstəliklər sırasında dırnaq və dərinin göbələk xəstəliyinin yayılma tezliyi 45%-dir.
Göbələk xəstəliyinin törədicilərinə görə göbələk xəstəlikləri rubrofitiya və epidermofitiya olmaqla 2 qrupa bölünür:
"Hər iki göbələk xəstəliyinin kliniki görünüşü və inkişaf mexanizmi bir-birinə çox oxşadığı üçün onları "mikoz" adıyla birləşdirirlər. İnfeksiyanın əsas yayılmasına kömək edən dırnaq göbələyi (onixomikoz) və ayaq göbələyidir.
Ayaq və dırnaq göbələklərinin əsas simptomlarına barmaqlar arasında çatlar (adətən 1 və 2-ci, 4 və 5-ci barmaq arasında), dırnaqların həddən artıq qalınlaşması və nazikləşməsi, qaşınma və yanğı hissi, qızartı və dərinin soyulması, çoxqatlı çatların olması, dırnaqlardan xoşagəlməz qoxunun olması aiddir".
Dərinin göbələklə zədələnməsi əsasən ayaqdan, xüsusilə barmaqlar arasından çat və dərinin soyulmasından başlayır:
"Bir qayda olaraq dəridə yavaş-yavaş qırmızı rəngdə kiçik qabarcıqlar əmələ gəlir, qabarcıqların partlaması nəticəsində dəridə yaralar və çatlar formalaşır. Ayaqdakı göbələyi müalicə etmədikdə proses dırnaqları da zədələyir. Dırnağa düşən göbələk orada inkişaf edib artır. Tədricən dırnaq qalınlaşır, səthi nahamar olur və üzərində sarı rəngli ləkələr əmələ gəlir. Dırnaqlar asanlıqla qırılır, ovulur və estetik görkəmini itirirlər".
Mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər. Barmaqarası mikozun müalicəsi kompleks şəkildə aparıldıqda daha effektiv sayılır, bu zaman həm yerli, həm də sistem təsirli vasitələrdən istifadə olunur.
Göbələklə mübarizədə ən effektli vasitələr xüsusi göbələk əleyhinə olan kremlər, məlhəmlər və gellərdir. Bu preparatlar apteklərdə reseptsiz satılır.
Lakin bu vasitələrdən düzgün istifadə etmək lazımdır ki, lazım olan effekt əldə olunsun. Əvvəl ayaqlar (və ya əllər və ya digər göbələklə zədələnmiş bədən hissəsi) sabunla yaxşı yuyulmalı və yumşaq dəsmalla qurulanmalıdır. Göbələk pəncədə olduqda, vasitə tək zədələnmiş yerə deyil, pəncənin bütün səthinə çəkilməlidir. Göbələk barmaqlar arasında olduqda, zədələnmiş barmaqlara və onlara yaxın olan dəriyə göbələkəleyhinə krem çəkilir. Göbələk bədəndə olduqda, zədələnmiş dəriyə və ətrafda olan sağlam dəriyə (2 sm) göbələk əleyhinə krem və ya məlhəm çəkilməlidir ki, sağlam dəridə yerləşə bilən göbələk ocaqları yox olunsun.
Bu vasitələr adətən gündə 2 dəfə olmaqla 4-6 həftə ərzində dəriyə çəkilməlidir. Əgər hətta 1-2 həftədən sonra dəri tam sağalarsa, müalicəni davam etmək lazımdır. Bu xəstəliyin yenidən inkişaf etməsinin ehtimalını azaldır.
Protivoqribkovıy gel xaricə tətbiq etmək üçün qaşınma, bakteriya və göbələkəleyhinə preparatdır. Protivoqribkovıy gel ayaqdakı patogen göbələk hüceyrəsini məhv edir. Ayaqdakı qaşınmanı, barmaqlararası sulanmanı aradan qaldırır. Dəri səthində olan patogen mikrofloraya bakterisid təsir göstərir, göbələklə zədələnmiş dərinin daha dərin qatlarına təsir göstərir.
Protivoqribkovıy gel gündə iki dəfə nazik qatla göbələklə zədələnmiş nahiyəyə çəkilir.
Eyni zamanda tövsiyə olunur ki, ilk növbədə təmizliyə riayət olunsun. Su, sabun, yoddan istifadə etməklə, ayaqlar təmiz və quru saxlanmalı, corablar tez-tez dəyişilməlidir. Ayaqqabı alarkən diqqətlə seçmək lazımdır. Həmçinin ayağın ölçüsünə uyğun ayaqqabı alınmalıdır. Geyinib-soyunma otaqları, üzgüçülük hovuzları, ortaq istifadə edilən duş və vannalar, manikür və ya pedikür alətləri göbələk xəstəliyi üçün əsas mənbələr olduğundan, ehtiyatlı olmaq tələb olunur. 
Göbələkəleyhinə gel  1% 30: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 16.06.2023 tarixində verilmiş 020523 seriya nömrəli uyğunluq sertifikatı.
Sifariş və məlumat üçün:
*7700
077 603 77 00 (WP)
077 623 77 00 (WP)
077 753 77 00 (WP)
077 754 77 00 (WP)
aptekonline.az
onlineaptek.az⠀⠀ / milli.az

Xəbərlər     Baxılıb: 1750   Tarix: 27 iyul 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

yay kolleksiyasi həkim məsləhəti maskalar azərbaycan haqda serebral iflic usaqlar illik bürclər səfər duası kosmetika vusale elizade vətən həsrəti cantalar burcler irem derici