Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edirUşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bəs bu problemlər hansı halda təhlükəlidir və erkən müdaxilə vacibdirmi?
Bu barədə reabilitoloq və fizioterapevt Afaq Azad Milli.Az-a açıqlama verib.
Mütəxəssin sözlərinə görə, uşaqlarda yastı pəncəlik 3-4 yaşa qədər fizioloji hal sayılır və bu dövrdə pəncə tağının (svodunun) formalaşması təbii şəkildə baş verir:
"Uşağın pəncəsi körpəlikdə tam formalaşmamış olur, bu zaman pəncə altı daha yastı görünə bilər. Bu, çox hallarda valideynləri narahat edir, amma 5-6 yaşa qədər bu hal normadır. Lakin bu yaşdan sonra pəncə tağı hələ də yaranmayıbsa, artıq ortopedik qiymətləndirmə tələb olunur. Müalicə olunmayan yastı pəncəlik gələcəkdə ayaqlarda ağrı, diz və bel oynaqlarında yükün artması, düzgün olmayan gediş və duruş pozğunluğuna gətirib çıxara bilər".
O, qeyd edib ki, erkən dövrdə müəyyən ortopedik ayaqqabılar, xüsusi təyin edilmiş idman hərəkətləri və fizioterapiya metodları ilə bu problem düzəldilə bilər.
Eyni zamanda ayaq əzələlərini möhkəmləndirən oyunlar, qum və müxtəlif səthlər üzərində gəzmək də təbii şəkildə pəncənin formalaşmasına yardımçı olur.
Halluks valgus nədir və qarşısı alına bilərmi?
Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edirAfaq Azad halluks valgus - yəni baş barmağın deformasiyası ilə bağlı isə bunları deyib:
"Halluks valgus qadınlarda daha çox rast gəlinir və əsas səbəblər arasında genetik meyil, uzun müddət dar və dabanlı ayaqqabı geyinmək, eləcə də düzgün olmayan yüklənmə durur. Bu problem tədricən inkişaf edir və əgər ilkin mərhələdə müdaxilə olunmazsa, həm estetik narahatlıq, həm də güclü ağrılarla müşahidə olunan xroniki vəziyyətə çevrilə bilər".
Həmsöhbətim vurğulayıb ki, erkən mərhələlərdə fizioterapiya prosedurları, xüsusi ortopedik breketlər və gündəlik həyat rejiminin dəyişdirilməsi ilə barmaqdakı əyriliyin inkişafının qarşısını almaq mümkündür.
"İrəliləmiş hallarda artıq konservativ müalicə effektiv olmur və cərrahi müdaxilə qaçılmaz olur. Ona görə də hər hansı dəyişiklik və ya narahatlıq müşahidə edilərsə, vaxtında həkimə müraciət olunmalıdır".
Afaq Azad həmçinin əlavə edib ki, istər yastı pəncəlik, istərsə də halluks valgus zamanı şəxsin həyat tərzinə, ayaqqabı seçiminə və fiziki aktivliyinə diqqət yetirmək böyük rol oynayır. Erkən diaqnoz və uyğun reabilitasiya tədbirləri ilə bu kimi ortopedik problemlərin qarşısını almaq mümkündür.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 01 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

qadin sayti aksessuarlar kosmetika mehsullari hakışta geyim və ayaqqabılar yay koftalari erotik fantaziya kosmetika vətən haqqında atalar sözləri faydalı maskalar bayatilar burcler kondom nedir