Aybəniz Haşımova AĞIR İTKİsini belə yaşadı: "Məni heç yerə buraxıb getmə..."
Əməkdar artist Aybəniz Haşımova arxiv fotolarını İnstaqram səhifəsində paylaşıb.
Axşam.az-ın məlumatına görə, müğənni uşaqlığı və gəncliyi ilə bağlı xatirələrini bölüşüb. O, dünyasını dəyişən atasını xatırlayıb:
"Burada 15 yaşım var, xoşbəxt illərim, atalı günlərim. Başım ağrıyan kimi qaçıb Bakıya yanıma gəlirdi ki, görsün mənə nə olub. İnternatda qalırdım, qızlardan biri suçiçəyi tutmuşdu. Mənə də keçirtdi. Atam gecəylə eşidib yanıma gəldi. Səhər gedib yeni çıxan meyvələrdən alıb gətirib, pəncərədən mənə yedizdirirdi. Kaş atam sağ olaydı, mən də uşaq qalaydım, heç böyüməyəydim. Onun dizlərini qucaqlayıb, "Ay ata, məni heç yerə buraxıb getmə" deyib ağlayardım. Təəssüf ki, böyüdüm. Nə o qızdan, nə də atamdan əsər qalmadı".












Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin