Azərbayacnın ilk "food fotograf"ı: "Xaricdə tanınmaq istərdim, yaşamaq isə..." - MÜSAHİBƏ

Azərbayacnın ilk "food fotograf"ı: "Xaricdə tanınmaq istərdim, yaşamaq isə..." - MÜSAHİBƏSizi tanımayanlara özünüzü necə təqdim edərdiz?

Günel Fərhadlı, Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırıması fakultəsinin məzunu olsam da food-photographer və PR menejer kimi çalışıram.

Necə oldu fotoqraflığa maraq saldınız?

Əslində fotoqraflığa hobbi olaraq yanaşmışam. Lakin sonradan peşakar məşğul olmağa başladım. Balaca bir sirr açım ki, mənim atam toy video çəkilişləri ilə məşğul olan ilk video operatorlardan idi. Yəqin ki, burda genlər öz sözümü deyib.

Siz fotoqraflıqdan əlavə həm də reklam meneceri kimi də fəaliyyət göstərirsiz. Necə düşünürsüz, Azərbaycanda peşakar reklam menecerləri varmı?

Reklam sahəsi çox genişdir. Bütün dünyada olduğu kimi bizdə də reklam işinə çox böyük tələbat var. Buna görə də düşünürəm ki, peşəkar reklam menecerləri var.

Azərbaycanda yetəri qədər tanınırsız, xaricdə də özünüzü tanıtmaq istərdinizmi?

Xaricdə tanınmaq və Azərbaycanı tanıtmaq istəyərdim, amma yaşamaq yox.

Hər kəs fotoqrafiya sənətini seçəndə love story və toy çəkilişləri ilə başlayır. Siz yemək fotolarına başlamaqla risk etmədiniz?

Dediyiniz kimi hamı bu işə love story və toy çəkilişləri ilə başlayır, mən isə hamıdan fərqli olaraq özümü tamam başqa bir sahədə sınamaq istədim və yetərincə uğurlu alındı.

Fotoqrafiyaya marağı olan gənclər çoxdur. Gələcəkdə peşakar fotoqraf olacaq birilərini görürsüzmü?

Bəli, bacarıqlı gənclərimiz kifayət qədərdir. Öz üzərilərində çalışsalar bu sahədə daha böyük uğur qazanaraq tanınmış fotoqrafa çevrilə bilərlər.

Fotoqraflıqdan gələn gəlirlə ailə dolandırmaq olarmı?

Əlbəttə, bu da bir gəlir gətirən peşədir. Mən də bütün ehtiyaclarımı sırf qazandığım pul ilə qarşılayıram.

Ailəniz sizin işinizi necə qarşılayır?

Ailəm, qohum tanışlarım ilk əvvəllərdə düşünürdülər ki, bu ötəri maraqdır və bir müddətdən sonra keçəcək. Lakin sonradan anladılar ki, bu sadəcə həvəs deyil.

İş tempiniz çox gərgindi. Çəkilişləri, tədbirləri necə çatdırırsınız?

Əslində mənə 24 saat da azdı. Lakin mən o vaxtdan maksimum istifadə etməyə çalışıram.
Gün ərzində hansı saatda nə ilə məşğul olacağımı əvvəlcədən bəlli olur.

Bu qədər qarışıq iş rejimində özünüzə qulluq etməyə vaxt tapırsınızmı?

Bəli, hər bir xanımın özünə qulluq etdiyimi mən də gərgin iş rejimimdə bunun üçün özümə müəyyən bir vaxt ayırıram.

Özünüzü 10 il sonra necə görürsünüz?

Əslində mən o qədər uzaq gələcəyi planlamıram. Yaxın 1 ay, 5 ay, 1 il üçün qarşıma qoyduğum məqsədləri reallaşdıraraq irəliləyirəm.

Ailə qurmağı planlayırsınızmı?

Hər bir normal insan kimi mən də ailə qurmağı arzulayıram. Amma bu yerdə planlamaq işə yaramır, hər şey qismətə bağlıdır

Xəbərlər     Baxılıb: 3139   Tarix: 11 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

həkim məsləhəti geyim şəkilləri yaz geyimleri 2026 yataqda balıqlar bürcü 2026 gəlinliklər findiq qabiginin faydalari kosmetika ikizler xanim az qogal vətən həsrətinə aid bayatılar xanim.az